Üzmə hüququ üçün gəmi (daxili sularda üzən gəmilər üçün) sanitariya şəhadətnaməsinin verilməsi məqsədi ilə müraciətin və sənədlərin qəbulu
Bu xidmət vasitəsilə Üzmə hüququ üçün gəmi (daxili sularda üzən gəmilər üçün) sanitariya şəhadətnaməsinin verilməsi məqsədi ilə müraciətin və sənədlərin qəbulu mümkündür.
Xidmətdən istifadə etmək üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin sehiyye.gov.az rəsmi saytına, Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin e-sehiyye.gov.az rəsmi saytına və yaxud Elektron hökümət portalına e-gov.az daxil ola bilərsiz. Daha sonra Səhiyyə Nazirliyinin təqdim etdiyi elektron xidmətlərdən “Üzmə hüququ üçün gəmi (daxili sularda üzən gəmilər üçün) sanitariya şəhadətnaməsinin vərilməsi məqsədi ilə müraciətin və sənədlərin qəbulu” elektron xidmətini seçmək lazımdır. (Şəkil 1)
Elektron xidmətə daxil olduqdan sonra açılan pəncərədə “Ərizələrim” bölməsində sistem istifadəçinin göndərmiş olduğu ərizələrin siyahasını təqdim edir. İstifadəçi yeni ərizə göndərmək üçün “Yeni ərizə” bölməsinə daxil olmalıdır. (Şəkil 2)
“Yeni ərizə” bölməsinə daxil olduqda açılan pəncərədə istifadəçi fiziki və ya hüquqi şəxs olması barədə məlumat verməlidir. (Şəkil 3)
Əgər müraciət edən hüquqi şəxsdirsə o zaman aşağıda göstərilən xanaları daxil etməlisiz: (şəkil 4)
- Müəssisə rəhbərinin adı
- Müəssisə rəhbərinin soyadı
- Müəssisə rəhbərinin atasının adı
- Hüquqi şəxsin adı
- Təşkilatı hüquqi forması
- Hesablaşma-hesabının olduğu bank
- Hesablaşma-hesabının nömrəsi
- Gəmi haqqında məlumat
Qeyd: * işarəli xanaları daxil etmək mütləqdir.
Şəxsi məlumatlarda aşağıda göstərilən məlumarları qeyd etmək lazımdır (şəkil 5)
- Yaşayış ünvanı
- Fəaliyyət ünvanı
- Telefon nömrələri
- Digər əlaqə vasitələri
- Digər əlaqə vasitələri
- Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi
Növbəti mərhələdə ərizəyə aşağıda göstərilən sənəd “Yüklə” düyməsindən istifadə etməklə sistemə yükləməlidir. edilməlidir. (şəkil 6)
1. Qüvvədə olma müddəti bitmiş gəmi sanitariya şəhadətnaməsinin elektron formada surəti (olduğu halda)
Sonda istifadəçi “Yadda saxla” düyməsindən istifadə etməklə yaradılmış müraciəti yadda saxlayaraq sonra göndərə və ya “Yadda saxla və Təsdiq et” düyməsindən istifadə etməklə yaradılmış müraciəti Səhiyyə Nazirliyinin müvafiq qeydiyyat orqanına göndərmiş olur.
Ərizəni göndərdikdən sonra qeyd etdiyiniz elektron ünvana Səhiyyə Nazirliyi tərəfindən müraciətinizdə təqdim olunan ərizəyə baxılması barədə bildiriş göndəriləcəkdir.