Dərman vasitələri haqqında məlumat verilməsi
Bu xidmət vasitəsilə vətəndaşlar Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatından keçirilmiş dərman vasitələrinin ticarət adı, beynəlxalq patentləşdirilməmiş adı, buraxılış forması, istehsalçısı, dövlət qeydiyyatının tarixi, nömrəsi və qüvvədə olma müddəti haqqında məlumatları əldə edə bilərlər. Xidmətdən istifadə etmək üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin sehiyye.gov.az saytına, Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin e-sehiyye.gov.az rəsmi saytına və yaxud Elektron hökümət portalına e-gov.az daxil ola bilərsiz. Daha sonra Səhiyyə Nazirliyinin təqdim etdiyi elektron xidmətlərdən “Dərman vasitələri haqqında məlumatın verilməsi” elektron xidmətini seçmək lazımdır. (Şəkil 1)
Xidmətlər siyahısından “Dərman vasitələri haqqında məlumatın verilməsi” xidmətinin seçdikdən sonra açılan yeni formanın içində “Dərman adı” sətrində sizə lazım olan dərman vasitəsinin adını yazın. Məsələn, “Aspirin” adlı dərman vasitəsinin adını yazdıqdan sonra “Göndərmək” düyməsindən istifadə etməlisiniz. (Şək.2)
Açılan yeni formanın içində daxil etdiyiniz dərman vasitəsi haqqında olan məlumatlar cədvəl şəklində əks olunacaqdır.(Şək.3)
Bu xidmət vasitəsilə əldə etdiyiniz məlumatları PDF formatında kompüterinizin yaddaşında saxlaya və çap edə bilərsiniz. “Təkrarlamaq” düyməsindən istifadə etdikdə isə, bu xidmətin ilkin formasına qayıdıb, başqa dərman vasitəsinin adını yaza bilərsiniz