“Doğum haqqında tibbi şəhadətnamə” elektron registrindən məlumatların verilməsi
Bu xidmət vasitəsilə vətəndaşlar övladlarının “Doğum haqqında tibbi şəhadətnamə”sinin surətini əldə edə bilərlər. QEYD: “Doğum haqqında tibbi şəhadətnamə”nin surətinin əldə olunması üçün xidmətdən istifadə edən şəxsin şəxsi məlumatları (şəxsiyyət vəsiqəsinin nömrəsi) uşağın doğulduğu doğum evində və uşağın qeydiyyatda olduğu uşaq poliklinikasında Səhiyyə Nazirliyinin təqdim etdiyi informasiya sistemlərində qeyd olunmalıdır. Xidmətdən istifadə etmək üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin sehiyye.gov.az saytına, Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin e-sehiyye.gov.az rəsmi saytına və yaxud Elektron hökümət portalına e-gov.az daxil ola bilərsiz. Daha sonra Səhiyyə Nazirliyinin təqdim etdiyi elektron xidmətlərdən “Doğum haqqında tibbi şəhadətnamə” elektron registrindən məlumatların verilməsi” elektron xidmətini seçmək lazımdır. (Şəkil 1)
Bu xidmət vasitəsilə əldə etdiyiniz məlumatları çap edə bilərsiniz.