Dövlət tərəfindən dərman vasitələri ilə təmin olunan xəstələrə şəxsi məlumatları, onların qeydiyyatı və aldığı dərmanlar barədə məlumatın verilməsi
Bu xidmət vasitəsi ilə dövlət tərəfindən dərman vasitələri ilə təmin olunan xəstələrin şəxsi məlumatları, hansı dispanserdə qeydiyyatda olması və aldığı dərmanlar barədə məlumatların əldə edilməsi mümkündür.
Xidmətdən istifadə etmək üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin sehiyye.gov.azsaytına, Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin e-sehiyye.gov.az rəsmi saytına və yaxud Elektron hökümət portalına e-gov.az daxil ola bilərsiz. Daha sonra Səhiyyə Nazirliyinin təqdim etdiyi elektron xidmətlərdən “Dövlət tərəfindən dərman vasitələri ilə təmin olunan xəstələrə şəxsi məlumatları, onların qeydiyyati və aldığı dərmanlar barədə məlumatın verilməsi” elektron xidmətini seçmək lazımdır. (Şəkil 1)
Elektron xidmətdən istifadə üçün ilkin olaraq http://www.e-sehiyye.gov.az saytında qeydiyyatdan keçmək lazımdır.Daha sonra e-xidmətlər menyusuna keçid almaq lazımdır. (Şəkil 2)
Açılan yeni səhifədə 2 menyu yerləşdirilmişdir:
- Verilən dərmanlar
- Dispanser müşahidə haqqında
Burada İmtiyazlı şəxs vətəndaşların elektron sağlamlıq Kart sistemindən şəxsi məlumatları, qeydiyyatları və aldıqları dərman vasitələri barədə məlumatları əldə edir.