Tibbi müayinə kartının online sifarişi
Bu xidmət vasitəsilə Tibbi müayinə kartının online sifarişi mümkündür.
Xidmətdən istifadə etmək üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin sehiyye.gov.az saytına, Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin esehiyye.gov.az rəsmi saytına və yaxud Elektron hökümət portalına e-gov.az daxil ola bilərsiz. Daha sonra Səhiyyə Nazirliyinin təqdim etdiyi elektron xidmətlərdən “Tibbi müayinə kartının online sifarişi” elektron xidmətini seçmək lazımdır. (Şəkil 1)
Xidmətə daxil olduqda açılan pəncərədə istifadəçi “Sifariş et” düyməsindən istifadə etməklə davam etməlidir. (Şək:2)
Növbəti mərhələdə istifadəçi aşağıda göstərilən xanaları daxil edib Növbəti düyməsindən istifadə etməklə davam etməlidir. (Şək:3)
- qeydiyyatda olduğu region
- aid olduğu obliqat qrup
- mobil nömrə
- elektron poçt ünvanı
Daha sonra istifadəçi ödəniş ediləcək plastik kartın növünü seçib kartın məlumatlarını qeyd etdikdən sonra “Onlayın ödə” düyməsindən istifadə etməklə xidmət haqqını ödəyə bilər.(Şəkil 4)
İstifadəçi əməliyyatı uğurla yerinə yetiribsə göstədiyi e-mail ünvana sifariş və ödənişi haqqında bildiriş alacaqdır.