SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 26 noyabr tarixli 225 nömrəli qərarı ilə təsdiq edilmişdir

1. Giriş

Azərbaycan Respublikasında yoluxucu xəstəliklərlə mübarizə işi səhiyyənin prioritet sahələrindən biridir. İmmunoprofilaktikaya dair proq-ram körpə və uşaq ölümünün və xəstələnmə səviyyəsinin azaldılmasına yönəlmiş ən vacib proqramdır. Dünya miqyasında immunoprofilaktika tədbirləri nəticəsində bir sıra xəstəliklərin yayılma səviyyəsi xeyli azalmış, bir neçəsi isə tam ləğv olunmuşdur.

2006-2010-cu illəri əhatə edən "Yoluxucu xəstəliklərin immuno-profilaktikasına dair Tədbirlər Proqramı" çərçivəsində respublikanın poliomielitdən azad olması statusunun saxlanılması, qızılca və məxmərəyin eliminasiyası, anadangəlmə məxmərək sindromunun profilaktikası kimi bir sıra kompleks tədbirlər hazırlanaraq həyata keçirilmiş, eləcə də, planlı şəkildə vaksinlərlə idarə olunan digər yoluxucu xəstəliklərə qarşı immunoprofilaktika və nəzarət tədbirləri aparılmışdır. Aparılan tədbirlərin nəticəsidir ki, 2006-cı ildə qızılca xəstəliyi 270 hadisə, məxmərək xəstəliyi 137 hadisə qeydə alındığı halda, 2009-cu ildə bu xəstəliklər tamamilə qeydə alınmamış, göyöskürək xəstəliyi azaldılmış, tetanus, difteriya xəstəlikləri isə tək-tək hallarda qeydə alınmışdır.

Yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması məqsədi ilə rotavirus, B tipli hemofil infeksiyası tərəfindən törədilən bakterial meningitlər, pnevmokok və meninqokok infeksiyaları üzərində epidemioloji nəzarət tətbiq edilmişdir. Həmçinin yoluxucu və parazitar xəstəliklərin nozologiyaları Xəstəliklərin Beynəlxalq Təsnifatının (XBT) 10-cu baxışına uyğunlaşdırılmış və rotavirus infeksiyası, pnevmokok meningiti və digər infeksiyalar tərəfindən törədilən meningitlər kimi hesabat formasına əlavə edilmişdir.

Yoluxucu xəstəliklər haqqında məlumatların toplanması, ötürülməsi, işlənməsi və bu məlumatların geniş təhlili prosesi təkmilləşdirilmiş, nəzarətin gücləndirilməsinə və operativliyinə imkan verən yoluxucu xəstəliklər üzərində Elektron Müşahidə Sistemi tətbiq edilmişdir.

Respublika səviyyəsində vaksin və digər peyvənd materiallarının ehtiyatı yaradılmış və onların etibarlı saxlanması məqsədi ilə lazımi həcmdə "soyuq zəncir" avadanlığı alınaraq, onların elektrik enerjisi ilə fasiləsiz təchizatı təmin edilmişdir. Vaksinlərin və digər peyvənd materiallarının "soyuq zəncir" sisteminin tələblərinə uyğun qaydada rayonlara daşınması təmin edilmişdir.

Bundan əlavə, "soyuq zəncir" sisteminin tələblərinə uyğun işləmək üçün mütəxəssislər hazırlanmışdır. Vaksinlərin alınmasının planlaşdırıl-ması, vaksin və inyeksiya materialları ehtiyatının tənzimlənməsi sistemi təkmilləşdirilmişdir. Proqram çərçivəsində vaksinlərin vurulması üçün özüməhvolan şprislərin və təhlükəsiz qutuların istifadə edilməsinə keçid tədbirləri başa çatdırılmış və epidemioloji göstərişlərə əsasən əhalinin immunlaşdırılması üçün vaksin fondu yaradılmışdır.

Azərbaycan Respublikasında profilaktik peyvənd təqvimi

Yaşı

Peyvəndlər

Doğulduqdan

12 saat ərzində

Hepatit B

4-7-ci gün

BSJ (vərəmə qarşı), OPV (poliomielitə qarşı)

2 aylıqda

Hib- AGDT-HepB (hemofilis influenza, göyöskürək,

difteriya, tetanusa qarşı), OPV

3 aylıqda

Hib- AGDT-HepB, OPV

4 aylıqda

Hib- AGDT-HepB, OPV

12 aylıqda

QPM (qızılca, parotit, məxmərəyə qarşı), vitamin A

18 aylıqda

AGDT (göyöskürək, difteriya, tetanusa qarşı), OPV,

vitamin A

6 yaşında

QPM, ADT (difteriya, tetanusa qarşı), vitamin A

2. Tədbirlər Proqramının məqsəd və vəzifələri

Tədbirlər Proqramının məqsəd və vəzifələri aşağıdakılardır:

- profilaktik peyvənd təqviminə uyğun olaraq, peyvəndləmənin yüksək səviyyədə saxlanılması;

- immunlaşdırmanın keyfiyyət və təhlükəsizliyinin təmin edilməsi;

- bütün mərhələlərdə yoluxucu xəstəliklər üzərində epidemioloji nəzarətin təmin edilməsi;

- immunoprofilaktika sahəsində kadr hazırlığı;

- məqsədli qruplar və əhali arasında sosial səfərbərliyin aparılması.

3. Tədbirlər Proqramının maliyyələşdirilməsi

Tədbirlər Proqramının reallaşması üçün tələb olunan xərclərin maliyyələşdirilməsi müvafiq illər üzrə dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində "Səhiyyə" bölməsi üzrə nəzərdə tutulmuş vəsaitlər dairəsində həyata keçirilir.

4. Proqram çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər

Sıra №-si

Tədbirlərin adı

İcraçılar

İcra müddəti

(illər üzrə)

1

2

3

4

1. Profilaktik peyvənd təqviminə uyğun olaraq, peyvəndləmənin yüksək

səviyyədə saxlanılması

1.1.

Məqsədli kontingent üçün profilaktik peyvənd təqviminə uyğun olaraq, vaksinlərin alınması üçün davamlı maliyyələşdirmənin təmin edilməsi

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

2011-2015

1.2.

Məqsədli kontingent üçün profilaktik peyvənd təqviminə uyğun olaraq, özüməhvolan şprislərin, həlledici şprislərin və immunlaşdırma zamanı əmələ gələn tullantıların zərərsizləş-dirilməsi məqsədi ilə təhlükəsiz qutuların alınması üçün maliyyələşdirmənin təmin edilməsi

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

2011-2015

1.3.

Elektron sağlamlıq kartlarından istifadə etməklə, peyvəndləmənin səviyyəsinin monitorinqinin daima təmin edilməsi

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

mütəmadi

1.4.

Peyvəndləmə səviyyəsi qənaətbəxş olmayan ərazilərdə monitorinqin keçirilməsi

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

tələb olunduqda

1.5.

Ərazilərdə seçmə yolu ilə əhali qrupları arasında peyvəndləmənin səviyyəsi üzrə qiymətləndirici sorğunun aparılması

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

2012-2013

2. İmmunlaşdırmanın keyfiyyət və təhlükəsizliyinin

təmin edilməsi

2.1.

Respublika səviyyəsində anbarlarda immunobioloji preparatların saxlanılması üçün “soyuq zəncir” sisteminin tələb olunan həcminin təmin edilməsi məqsədi ilə sıradan çıxmış dondurucu avadanlıqların dəyişdirilməsi

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

2011

2.2.

Respublika səviyyəsində anbar-larda temperatur rejiminin daima monitorinqinin aparılması üçün onların lazımi texniki avadanlıqla təminatı

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

2011

2.3.

İmmunobioloji preparatların daşın-ması üçün respublika səviyyə-sində əlavə xüsusi avtonəqliyyat vasitəsilə təminat

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

2011

2.4.

Yerli səviyyədə immunobioloji preparatların saxlanma şəraitinin yaxşılaşdırılması məqsədi ilə Gəncə şəhəri, Quba, Şəki, Sabirabad və Qazax rayonlarında soyuducu anbarların yenidən qurulması

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

2012-2014

2.5.

Yerli tibb məntəqələri səviyyə-sində immunlaşdırma tədbirlərini həyata keçirən tibb müəssisə-lərində sıradan çıxmış “soyuq zəncir” sisteminin avadanlıq-larının dəyişdirilməsi

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

2011-2015

2.6.

İmmunobioloji preparatların keyfiyyətinin yoxlanılması üçün Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin xüsusi laboratoriya avadanlığı ilə təmin edilməsi

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

2012

2.7.

İmmunlaşdırma tədbirlərini həyata keçirən müalicə-profilaktika müəssisələrinin şok əleyhinə preparatlarla təmin edilməsi

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

mütəmadi

3. Yoluxucu xəstəliklər üzərində

epidemioloji nəzarətin təmin edilməsi

3.1.

Yoluxucu xəstəliklər üzərində epidemioloji nəzarətin təmin edilməsi üçün respublika səviyyəsində laboratoriya xid-mətinin maddi-texniki təminatı-nın gücləndirilməsi

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

2012

3.2.

Yerlərdə mütəxəssislər üçün epidemioloji və laboratoriya nəzarətinə aid təlimlərin keçiril-məsi

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

2012-2013

4. İmmunoprofilaktika sahəsində kadr hazırlığı

4.1.

Ümumdünya Səhiyyə Təşkilatı-nın (ÜST)-in təcrübədə immun-laşdırma təlim kursuna aid metodiki tövsiyələrinin həkim-lərin və orta tibb işçilərinin diplomdan sonrakı təlim proqramına mərhələlərlə tətbiqi

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

2011-2014

5. Əhali arasında sosial səfərbərliyin aparılması

5.1.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin saytında immuno-profilaktika üzrə veb-resursun yaradılması

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

2011

5.2.

İmmunlaşdırmaya dair populyar ədəbiyyatın, bukletlərin, vərəqə-lərin, plakatların çap edilməsi

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

2011-2015

5.3.

Kütləvi informasiya vasitələri ilə məqsədli qruplar arasında immunlaşdırma proqramının təb-liğinə dair məlumatların verilməsi

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, kütləvi informasiya vasitələri

mütəmadi

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.