Son illər strateji əhəmiyyətli məsələ kimi qan xidmətinin inkişafına xüsusi diqqət yetirilir. Qan xidməti sahəsində köklü dəyişiklərə təkan verən dövlət proqramı qəbul olunmuş, qan xidməti müəssisələrinin şəbəkəsinin optillaşdırılması və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilmişdir.
Tədarük olunan qan və onun komponentlərinin miqdarı ilbəil artır, əhalinin donorluğa cəlb edilməsi işi aktivləşir. 2003-cü ildə 6,8 ton qan tədarük edilmişdirsə, 2012-ci ildə bu rəqəm 25,9 tona çatmışdır.
Hazırda tibb müəssisələrinin və xəstələrin donor qanına olan ehtiyacı tam ödənilir.