Bu xidmət vasitəsilə mehmanxana və mehmanxana tipli obyektlər üçün sanitariya pasportunun verilməsi üçün müraciətin və sənədlərin qəbulu mümkündür.
Xidmətdən istifadə etmək üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin sehiyye.gov.az saytına, Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin e-sehiyye.gov.az rəsmi saytına və yaxud Elektron hökümət portalına e-gov.az daxil ola bilərsiz. Daha sonra Səhiyyə Nazirliyinin təqdim etdiyi elektron xidmətlərdən “ Mehmanxana və mehmanxana tipli obyektlər üçün sanitariya pasportunun verilməsi üçün müraciətin və sənədlərin qəbulu” elektron xidməti seçmək lazımdır.
Açılan səhifədə şəxsiyyət vəsiqənizin seriya nömrəsini və pin kodunu daxil etməlisiz. (Şəkil 1)
Elektron xidmətə daxil olduqdan sonra açılan pəncərənin “Ərizələrim” bölməsində sistem istifadəçinin göndərmiş olduğu ərizələrin siyahasını verir.(Şəkil 2)
Müraciət edənin hüquqi və ya fiziki şəxs olduğunu qeyd etməlisiz. (Şəkil 3)
Əgər müraciət edən hüquqi şəxsdirsə o zaman aşağıda göstərilən xanaları daxil etməlisiz: (şəkil 4)
- Müəssisə rəhbərinin adı
- Müəssisə rəhbərinin soyadı
- Müəssisə rəhbərinin atasının adı
- Hüquqi şəxsin adı
- Təşkilatı hüquqi forması
- Hesablaşma-hesabının olduğu bank
- Hesablaşma-hesabının nömrəsi
Şəxsi məlumatlarda istifadəçi aşağıdakı məlumatları daxil etməlidir: (şəkil 5)
- Yaşayış ünvanı
- Fəaliyyət ünvanı
- Telefon nömrələri
- Digər əlaqə vasitələri
- Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi
Qeyd: * işarəli xanaları daxil etmək mütləqdir.
Ən sonda ərizəyə aşağıda göstərilən sənədlər əlavə edilməlidir
1. Ərizədə qeyd olunan obyekt üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənədin elektron formada surəti
2. Mehmanxana və mehmanxana tipli obyektlərdə həşəratlara və gəmiricilərə qarşı dezinfeksiya və deratizasiya tədbirlərinin aparılması üçün müvafiq müəsissə və təşkilat ilə bağlanmış müqavilənin notarial qaydada təsdiq olunmaqla elektron formada surəti
3. Məişət tullantılarının daşınması barədə müvafiq müəssisə və ya təşkilatlarla bağlanmış müqavilənin notarial qaydada təsdiq olunmaqla elektron formada surəti
Lazimi sənədlərin elektron surətini əlavə etdikdən sonra “Yadda saxla və Təsdiq et” düyməsini vurmaqla ərizəni göndərə bilərsiz. (Şəkil 6)
Ərizəni göndərdikdən sonra qeyd etdiyiniz elektron ünvana Səhiyyə Nazirliyi tərəfindən müraciətinizdə təqdim olunan ərizəyə baxılması barədə bildiriş göndəriləcəkdir.