Bu xidmət vasitəsilə Müəssisə rəhbərlərinə obliqat qrupuna daxil olan işçiləri barədə məlumatın verilməsi mümkündür. Müəssisə rəhbərləri tərəfindən öz tabeliyindəki obliqat qrupa aid olan işçilərin tibbi müayinələrin nəticələrinə görə işə buraxılıb-buraxılmaması barədə məlumatların tibbi müayinə kartı sistemindən əldə edə bilərlər. Xidmətdən istifadə etmək üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin sehiyye.gov.az saytına, Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin esehiyye.gov.az rəsmi saytına və yaxud Elektron hökümət portalına e-gov.az daxil ola bilərsiniz. Daha sonra Səhiyyə Nazirliyinin təqdim etdiyi elektron xidmətlərdən “Müəssisə rəhbərlərinə obliqat qrupuna daxil olan işçiləri barədə məlumatın verilməsi” elektron xidmətini seçmək lazımdır. ( Şəkil 1)
Xidmətdən istifadə etmək üçün ilk öncə qeydiyyatdan keçmək tələb olunur. Xidmətə keçid aldıqdan sonra açılan səhifədə müəsisə rəhbəri tabeliyində olan müəssisələrin siyahısını görə bilir. (Şəkil 2)
Siyahıdan müəssisəni seçməklə tabeliyindəki obliqat qrupa aid olan işçilərin tibbi müayinələrin nəticələrinin statistikasını görə bilərlər. Müayinədən keçən şəxslərin axtarışını isə pəncərənin sağ hissəsində yerləşdirilimiş işçilərin axtarışı panelinə keçid almaqla həyata keçirə bilərsiniz.(Şəkil 3)
Axtarış panelində obliqat qrup işçilərini iki istiqamətdə axtarışını apara bilərsiniz: (Şəkil 3)
- Statusa görə axtarış
- Müayinədən keçməyib
- Müayinədən keçib
- İcazə Verilir
- İcazə Verilmir
- Ad və soyada görə axtarış
Seçilmiş müvafiq axtarış parametrlərinə uyğun nəticə siyahı şəklində cədvəldə əks olunacaqdır.
Müəssisə rəhbəri yeni tabeli müəssisə əlavə etmək üçün yeni müəssisə əlavə et düyməsini klikləməlidir. Daha sonra Tibbi Müayinə Kart Sistemi proqram modulunda qeydiyyata salınmış müəssisənin e-mailini daxil edib davam etməlidir.