“Sertifikasiya şəhadətnaməsinin doğruluğunun yoxlanılması “ elektron xidmətindən istifadə etmək üçün siz Səhiyyənin İnformaisyalaşdırılması Mərkəzinin rəsmi portalı olan e-health.gov.az saytına daxil olmalısınız. Daha sonra saytın sağ yuxarı küncündən şəxsi profilinizə keçid almalısınız.(şəkil 1)
*QEYD: Əgər saytdan qeydiyyatdan keçməmisinizsə şəxsi profilinizə keçid almaq mümkün olmayacaq. Bunun üçün ilk öncə qeydiyyatdan keçin!
Daha sonra e-xidmətlər menyusuna daxil olmaq lazımdır. (Şəkil 2)
Növbəti mərhələdə elektron xidmətlər siyahısından Sertifikasiya şəhadətnaməsinin doğruluğunun yoxlanılması xidmətini seçin. (Şəkil 3)
Yüklənmiş səhifədə sertifikatın nömrəsini və sistemin verdiyi şəkildəki rəqəmləri daxil edib axtar düyməsini vurmaq lazımdır.
Axtardığınız parametrə uyğun sertifikasiya şəhadətnaməsi mövcuddursa cədvəldə şəhadətnamə haqqında məlumat əks olunacaq.