About the sending of medical workers who have received clinical residency training in foreign countries and successfully passed relevant exams and courses to their workplaces after 2011 - ANNOUNCEMENT
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 13.06.2022-ci il tarixli 10 nömrəli Qərarına əsasən, 2011-ci ildən sonra xarici ölkələrdə klinik ordinatura təhsili almış şəxslər üçün 2023-cü ilin yanvar ayında aparılmış imtahandan müvəffəqiyyətlə keçərək Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda 6 (altı) aylıq kursları bitirmiş tibb işçilərinə praktik tibb fəaliyyətinə buraxılmaları barədə şəhadətnamənin verilməsi və onların 1 (bir) il müddətinə dövlət tibb müəssisələrində ixtisaslarına uyğun iş yerlərinə göndərilməsi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Kadr Məsələləri üzrə Komissiyası tərəfindən aşağıdakı cədvəl üzrə həyata keçiriləcəkdir.
Müraciət edənlərdən şəxsiyyət vəsiqələrini təqdim etmələri xahiş olunur.
Tarix və vaxt |
İxtisas
|
11 dekabr 2023-cü il saat 10:00
|
Mamalıq-ginekologiya |
Endokrinologiya |
|
Oftalmologiya |
|
Kardiologiya |
|
12 dekabr 2023-cü il saat 10:00 |
Urologiya |
Otorinolarinqologiya |
|
Travmatologiya-ortopediya |
|
Dermatovenerologiya |
|
Şüa-diaqnostikası |
|
Neonatologiya |
|
Pediatriya |
|
Onkologiya |
|
Ümumi cərrahiyyə |