SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

İyunun 30-da Azərbaycan Tibb Universiteti (ATU) tələbələrinin “Məzun günü” keçirilib.

Təntənəli mərasimdə tanınmış ictimai-siyasi xadimlər, səhiyyə işçiləri və digər qonaqlar iştirak ediblər.

İlk olaraq Dövlət Himni səsləndirilib.

Təbrik nitqi ilə çıxış edən səhiyyə naziri Teymur Musayev “Məzun günü”nün gələcəyin həkimlərinin yaddaşında gözəl bir gün kimi qalacağını bildirib: “Bu gün bizim üçün də əlamətdar gündür. Səhiyyəmiz Azərbaycanın sağlam gələcəyi naminə şərəfli missiyaya qoşulacaq yeni bacarıqlı gənclərlə, yaradıcı qüvvələrlə zənginləşir”.

Nazir Azərbaycanda səhiyyə sahəsindəki problemlərinə həmişə dövlət tərəfindən xüsusi diqqət yetirildiyini xatırladaraq deyib: “Müasir Azərbaycan cəmiyyətinin digər sahələrində olduğu kimi, səhiyyənin də inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyev əhalinin sağlamlığının qorunmasını ölkə siyasətində ən prioritet məsələlərdən biri hesab edirdi. Bu gün ulu öndərin davamçısı olan Prezident İlham Əliyev də respublikamızın sosial-mədəni həyatını hər zaman diqqətdə saxlayır. İxtisasca həkim olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tibb təhsilinin inkişafına göstərdiyi diqqət və qayğısı da əvəzsizdir”.

“Son illərdə ATU-nun xarici ölkələrin qabaqcıl təhsil müəssisələri ilə beynəlxalq əlaqələri genişlənməkdədir. Bu, Tibb Universitetində yüksək səviyyəli tədris sisteminin tətbiqini, tələbə və müəllim mübadiləsini mümkün edib, eyni zamanda müəllim və tələbələrin beynəlxalq elmi-təcrübi müzakirələrdə iştirakını genişləndirib. Bütün görülmüş işlərin nəticəsində Azərbaycan səhiyyəsi tarixində ilk dəfə olaraq ATU-nun tədris proqramları beynəlxalq akkreditasiyadan keçib. Əminəm ki, Sizlər hər bir vətəndaşımız üçün sağlam və uzunömürlü həyatın təmin edilməsində bələdçilik edən işıq olacaqsınız ”, - deyə səhiyyə naziri məzunları təbrik edib.

Universitetin rektoru, professor Gəray Gəraybəyli gələcəyin həkimlərinə karyeralarında uğurlar diləyərək ATU-nun məzunu adını hər yerdə uca tutmağı arzulayıb. “Ulu öndər Heydər Əliyev Azərbaycanda həkim və müəllimlərin rolunu yüksək qiymətləndirib. Ümummilli liderin layiqli davamçısı olan Prezident İlham Əliyev fərqlənən tələbələrə daim diqqət və qayğı göstərir. Yüksək ballarla Universitetimizə qəbul olunan tələbələrin Prezident təqaüdü ilə mükafatlandırılması bunun bariz nümunəsidir”, - deyə G.Gəraybəyli bildirdi.

Rektor tədbir iştirakçılatrına ATU-nun fəaliyyəti, son illər tədris prosesində aparılan islahatlar, tətbiq edilən yeniliklər barədə də məlumat verib. Qeyd olunub ki, bu il Azərbaycan Tibb Universitetini 1231 nəfər bitirir. Onlardan 335 nəfəri I müalicə-profilaktika, 332 – II müalicə-profilaktika, 280 - Stomatologiya, 125 - Əczaçılıq, 70 - İctimai səhiyyə, 76 nəfəri isə ATU-nun hərbi-tibb fakültələrini bitirib. Builki məzunlar arasında 13 nəfər hərbi-feldşer də var. Məzunların 319 nəfəri xarici ölkə vətəndaşıdır. Eyni zamanda, 88 məzun ATU-nu fərqlənmə diplomu ilə bitirib. Fərqlənmə diplomuna layiq görülən məzunların hamısı Azərbaycan vətəndaşıdır.

Sonra məzunlar Hippokrat andı içiblər. Onlar xalqımızın sağlamlığının keşiyində ləyaqətlə duracaqlarına söz veriblər.

Tədbirdə təhsilini əla qiymətlərlə başa vuran məzunlara və Azərbaycan Tibb Universitetinin ictimai həyatında fəal iştirak edən gənclərə fəxri fərmanlar təqdim olunub. Diplomları səhiyyə naziri Teymur Musayev və ATU-nun rektoru Gəray Gəraybəyli təqdim ediblər.

Daha sonra ATU-nun professor-müəllim heyəti və valideynlər məzunları təbrik edərək, onlara gələcək peşə fəaliyyətlərində həkim adının müqəddəsliyini doğruldacaqlarına inandıqlarını söyləyiblər.

Tədbir tanınmış sənət adamlarının çıxışı ilə davam edib. ATU-nun tələbələri də sənətçilərlə eyni səhnəni bölüşüblər. Universitetin hərbi fakültəsinin tələbələri vətənpərvərlik ruhunda mahnılar ifa ediblər.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.