
Prezident İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı islahatlar milli səhiyyənin müasir tendensiyalar əsasında inkişafı və əhalinin sağlamlığının artırılmasına xidmət edir
Prezident İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, milli maraqlara söykənən daxili və xarici siyasəti qısa müddətdə ona xalq arasında böyük rəğbət, sonsuz inam və etibar qazandırıb. Onun rəhbərliyi altında son illərdə ölkəmizdə həyata keçirilən dövlət siyasətində səhiyyə sisteminin təkmilləşdirilməsi və inkişafı əsas yerlərdən birini tutur. Səhiyyənin rəqəmsallaşdırılması, infrastrukturun müasirləşdirilməsi, mütərəqqi idarəetmə həllərinin tətbiqi, tibbi xidmətlərin beynəlxalq standartlara uyğunlaşdırılması, ölkənin elmi və tibbi potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən mühüm işlər islahatların əsas istiqamətlərindəndir.
Respublikanın tarixinə ən möhtəşəm 20 il kimi yazılan ötən dövrdə Prezident İlham Əliyev Azərbaycanı sürətlə inkişaf etdirərək, onu regional lider olan və dünyada layiqli yer tutan qüdrətli dövlətə çevirib.
XXI əsrdə ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan yalnız öz gücünə, xüsusən də Prezident İlham Əliyevin əsəri olan güclü milli iqtisadiyyata söykənərək regionumuza sülh, əmin-amanlıq və inkişaf üçün yeni imkanlar gətirib.
Prezidentlik dövrünün zirvəsində işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Ulu öndərimiz Heydər Əliyevin arzu və vəsiyyətini əməllərində gerçəkləşdirərək, Prezident İlham Əliyev Azərbaycanı Qalib ölkəyə çevirib.
Səhiyyə Nazirliyinin kollektivi dövlət başçısını doğum günü münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı, ölkəmizin inkişafı və xalqımızın rifahı naminə fəaliyyətində uğurlar arzulayır!