Prezident İlham Əliyevin rəhbərliyi altında son illərdə ölkəmizdə həyata keçirilən dövlət siyasətində səhiyyə sisteminin təkmilləşdirilməsi və inkişafı əsas prioritetlərdən biridir
Prezident İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, milli maraqlara söykənən daxili və xarici siyasəti qısa müddətdə ona xalq arasında böyük rəğbət, sonsuz inam və etibar qazandırıb. Dövlət başçısının həyata keçirdiyi genişmiqyaslı islahatlar digər sahələrlə yanaşı, milli səhiyyənin inkişafına da xidmət edir.
Səhiyyənin rəqəmsallaşdırılması, infrastrukturunun müasirləşdirilməsi, mütərəqqi idarəetmə prinsiplərinin tətbiqi, tibbi xidmətlərin beynəlxalq standartlara uyğunlaşdırılması, ölkənin elmi və tibbi potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən mühüm işlər islahatların əsas istiqamətlərindəndir. 2003-cü ildən etibarən ölkəmizdə 700-dən çox yeni inşa edilən və ya əsaslı təmirdən çıxan tibb müəssisələri müasir avadanlıqlarla təmin olunublar.
Prezidentlik dövrünün zirvəsində işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Ulu öndərimiz Heydər Əliyevin arzu və vəsiyyətini əməllərində gerçəkləşdirərək, Prezident İlham Əliyev Azərbaycanı Qalib ölkəyə çevirib.
Səhiyyə Nazirliyinin kollektivi dövlət başçısını doğum günü münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı, ölkəmizin inkişafı və xalqımızın rifahı naminə fəaliyyətində uğurlar arzulayır!