SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Səhiyyə naziri Teymur Musayev “Azərbaycan Hava Yolları” aviaşirkətinin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğradığı nəticəsində xəsarət alan vətəndaşlarımızı ziyarət edib. Nazir müalicə almaq üçün Bakıya gətirilən yaralılar üçün yaradılan şərait və onların səhhəti ilə maraqlanıb.
Səhiyyə nazirinə məlumat verilib ki, yaralılara zəruri tibbi yardımın göstərilməsi üçün bütün lazımi tədbirlər görülüb, yüksək səviyyəli müayinə-müalicə prosesi həyata keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyasının yaradılıdığını vurğulayan nazir deyib: “Sərəncamla aidiyyəti dövlət qurumları, eləcə də Səhiyyə Nazirliyinə müvafiq tədbirlər görmək üçün zəruri tapşırıqlar verilib. Qazaxıstanda baş verən təyyarə qəzasında yaralanan həmvətənlərimizə və digər zərərçəkənlərə dəstək məqsədilə Prezident İlham Əliyevin tapşırığı və Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarəti ilə geniştərkibli tibbi heyət dərhal hadisə yerinə göndərilib”.

Nazirin sözlərinə görə, həmin tibbi heyət artıq Bakıya qayıdıb: “Yaralanan 14 Azərbaycan vətəndaşı dünən Qazaxıstandan Vətənə gətirilib və Bakıdakı Yeni Klinika tibb müəssisəsində yerləşdirilib. İlkin müayinələrin nəticələrinə əsasən, onların vəziyyəti stabil və qənaətbəxşdir. Zərərçəkənlərin əksəriyyətinin yaxın günlərdə evlərinə buraxılması gözlənilir”.
Səhiyyə naziri qeyd edib ki, Qazaxıstanlı həmkarlara dəstək və müalicə proseslərinin tənzimlənməsi məqsədilə bu gün Bakıdan Aktauya 2 həkim və 2 tibb bacısından ibarət heyət göndəriləcək.
Sonda Teymur Musayev yaralıların tezliklə şəfa tapmasını və doğmalarına qovuşmasını arzulayıb: “Aviaqəzada xəsarət alan bütün Azərbaycan vətəndaşlarına Səhiyyə Nazirliyinin Sanator-Kurort Reabilitasiya Mərkəzində psixoloji və ehtiyac olduqda, tibbi reabilitasiya xidmətləri göstəriləcək”.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.