Səhiyyə Nazirliyinin nümayəndə heyətinin 17 maydan başlayan iki günlük Türkiyə səfəri davam edir.

Bu gün səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyəti Vətən müharibəsi zamanı yaralanan və hazırda qardaş ölkədə müalicəsi davam edən qazilərimizi ziyarət ediblər.

Teymur Musayev Prezident İlham Əliyevin vətəndaşların sağlamlığının qorunmasına hər zaman xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb: “Şəhid ailələri və qazilərə diqqət və qayğı dövlət siyasətinin əsas prioritet istiqamətlərindəndir”.

Vətən müharibəsindəki 44 gün ərzində tariximizin ən şərəfli səhifələrindən birini yazıldığını qeyd edən nazir böyük Qələbənin şəhidlərimizin qanı bahasına, əsgər və qazilərimizin döyüşlərdə böyük fədakarlığı hesabına qazanıldığını vurğuladı: “Vətən müharibəsində sizlər əsil qəhrəmanlıq göstərərək, düşmənə layiqli və unudulmaz dərs verdiniz. Müharibə başlayandan bu günə qədər qardaş Türkiyə Azərbaycanın yanındadır. Qazilərimizin yenidən sağlamlıqlarına qovuşmaları üçün türkiyəli mütəxəssislərin dəstəyi bizim üçün çox önəmlidir. İnanıram ki, tezliklə sağalıb vətənə qayıdacaqsınız”.

Görüş zamanı səhiyyə naziri qazilərə vətənə qayıtdıqdan sonra müalicələrini Sanator-Kurort Reabilitasiya Mərkəzində davam etdirə biləcəklərini qeyd edib.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.