Bu gün Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecində 12 may - Beynəlxalq Tibb Bacısı Gününə həsr olunmuş tədbir keçirilib. Həmçinin BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə yaradılmış Resurs Mərkəzinin açılışı olub.

Tədbirdə Səhiyyə Nazirliyinin və BMT-nin Uşaq Fondu nümayəndələri, həmçinin UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin üzvləri iştirak ediblər.

Səhiyyə nazirinin müavini İlqar Qasımov çıxışı zamanı müasir avadanlıqlarla təchiz olunmuş təlim mərkəzini gələcəyin tibb bacılarına istifadəyə verilməsini yüksək qiymətləndirib: “Bundan öncə ölkəmizin 4 şəhərində pilot layihə uğurla həyata keçirilib və gələcəkdə növbəti təlim mərkəzlərinin açılışı planlaşdırılır”.

İlqar Qasımov Vətən müharibəsi zamanı tibb bacılarının fədakarlığını xüsusən vurğulayaraq dedi: “44 günlük Vətən müharibəsində tibb bacılarının səhiyyə sahəsində göstərdiyi xidmətləri əvəzsizdir”.

Öz növbəsində UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Aleks Haykens qeyd etdi ki, müasir tibb bacılarının fəaliyyətləri kifayət qədər genişdir: “Patronaj tibb bacılarının yerlərdə verdikləri sosial məsləhətlər, valideynlərlə apardıqları maarifləndirmə işi həm səhiyyə, həm də sosial layihələrə dəstəkdir”.

“Bu gün Resurs Mərkəzini istifadəyə verməklə bu fənni kurikuluma daxil etdik. Nəticədə gələcəkdə çoxlu sayda tibb bacılarının yerlərdə patronaj xidmətlərini daha da böyük səriştə ilə yerinə yetirəcəklərinə inanırıq”, - deyə UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri fikrini tamamladı.

Sonda iştirakçılar 2 nömrəli Bakı Baza Tibb Kollecinin Resurs Mərkəzində yaradılan şəraitlə tanış olublar.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.