Azərbaycan Respublikasının Rəsmi Dövlət Platforması

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə ehtiyat tədbiri kimi URL çubuğunda kilid və ya https:// mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi, təhlükəsiz saytlarda paylaşın.

SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Dövlət tibb müəssisələrinə işə qəbul prosesinin rəqəmsallaşdırılıb



Səhiyyə Nazirliyi səhiyyə sistemində müasir dövrün tələbi və innovativ düşüncə məhsulu olan Rəqəmsal Səhiyyə ekosisteminin tətbiqi ilə bağlı tədbirləri davam etdirir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə tibb işçilərinin işə qəbulu Qaydası” nın icrasını təmin etmək məqsədilə Səhiyyə Nazirliyinin“ Vahid Səhiyyə İnformasiya Sistemi”nin (VSİS) “İşə qəbul” altsistemi hazırlanaraq istifadəyə verilib. Dövlət tibb müəssisələrinə işə qəbul prosesinin rəqəmsallaşdırılmasında məqsəd şəffaflıq və aşkarlığın təmin olunması, habelə namizədlərin sənədlərinin elektron qaydada vaxt itkisi olmadan operativ olaraq təqdim edilməsi imkanlarının yaradılmasıdır.

Tibb işçiləri Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisələrində öz ixtisaslarına uyğun mövcud vakansiyalar barədə məlumatı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi internet resurslarında (https://sehiyye.gov.az/tibb-iscileri/insan-resurslari/ və ya https://kabinet.e-health.gov.az/modul/miq/vacancies) verilən elanlar vasitəsilə əldə edə bilərlər.

Qeyd edək ki, tibb işçilərinin işə qəbulu vakant vəzifənin olduğu tibb müəssisəsi tərəfindən müsahibə əsasında aparılır. Müsahibənin iki forması mövcuddur: daxili və ümumi müsahibə. Tibb müəssisəsinin rəhbəri vəzifədə yüksəliş yolu ilə vakant vəzifənin tutulması məqsədilə daxili müsahibənin keçirilməsi üçün vakansiya yarandığı gündən 3 (üç) iş günü müddətində qərar qəbul edir. Daxili müsahibə nəticəsində vakant vəzifə tutulmadıqda tibb müəssisəsinin rəhbərinin qərarı ilə həmin vəzifə ümumi müsahibəyə çıxarılır.

Həm daxili, həm ümumi müsahibədə iştirak etmək üçün namizəd https://sehiyye.gov.az/ saytında vakansiya elan edilən gündən etibarən 15 (on beş) iş günü müddətində VSİS-nin müvafiq altsistemində şəxsi kabinet yaradaraq qeydiyyatdan keçir və uyğun vakansiyaları seçərək, öz ərizəsini təsdiq edir.
Nazirlik tərəfindən VSİS-nin müvafiq altsistemi vasitəsilə namizədin təqdim etdiyi sənədlərin düzgünlüyü qeydiyyat üçün nəzərdə tutulan müddətin bitdiyi tarixdən 5 (beş) iş günü müddətində avtomatlaşdırılmış qaydada yoxlanılır. Sənədlərin avtomatlaşdırılmış qaydada yoxlanması müsbət nəticələndikdə elektron poçt və (və ya) şəxsi kabineti vasitəsilə müsahibəyə buraxılması barədə namizədə, vakansiyanın aid olduğu tibb müəssisəsinə və tibb müəssisəsinin tabe olduğu quruma məlumat verilir. Təqdim edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçi 1 (bir) iş günündən gec olmayaraq məlumatlandırılır.

VSİS vasitəsilə əldə olunması mümkün olan sənədlər istisna olmaqla işə qəbul olunmaq üçün tələb olunan sənədlər aşağıdakılardır:

  • xarici ölkələrdə təhsil alan namizədlərə münasibətdə onların xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasına dair sənədinin surəti;
  • elmi dərəcəsinin olduğunu təsdiq edən sənədin (olduğu halda) surəti;
  • əmək kitabçasının notariat qaydasında və ya işəgötürən tərəfindən təsdiq edilmiş surəti (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla);
  • ixtisas dərəcəsinin verilməsi barədə sənədin surəti;
  • ixtisası və əmək funksiyası ilə bağlı əlavə təhsili barədə müvafiq sertifikatlar (şəhadətnamələr).

Tibb müəssisəsi tərəfindən yaradılmış müvafiq komissiya tərəfindən namizədin potensial imkanları və vəzifəyə uyğunluğu qiymətləndirilir.

Namizədin vəzifəyə uyğunluğunun qiymətləndirilməsi qaydaları və qəbul edilən keçid balları barədə məlumatla müvafiq qərarın yayımlandığı https://e-qanun.az/framework/57500 saytında tanış olmaq mümkündür. Namizədlər fərdi qaydada qiymətləndirildiyi ballar barədə məlumat şəxsi kabinetdə (https://kabinet.e-health.gov.az ) əlçatan olur.

Tibb işçiləri sistemin istifadə qaydaları haqqında əlavə məlumat almaq üçün Rəqəmsal Səhiyyə Mərkəzinə məxsus 0555313828 nömrəyə vatsap üzərindən yaza və ya office@e-health.gov.az email ünvanına müraciət edə bilərlər.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.