Dekabrın 30-da Səhiyyə Nazirliyində ilin yekununa həsr edilən iclas keçirilib.

Tədbirdə giriş sözü ilə çıxış edən səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yenilənməsinin ölkəmizdə prioritet məsələlərdən olduğunu vurğuladı: “Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasət nəticəsində dövlət büdcəsindən səhiyyə sahəsinə ayrılan vəsaitin ildən-ilə artırılması tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, ümumilikdə xidmət səviyyəsinin yüksəlməsinə imkan yaradır. 2003-cü ildən etibarən ölkəmizdə 700-dən artıq yeni tikilmiş və ya əsaslı təmirdən çıxmış tibb müəssisəsi müasir avadanlıqlarla təmin olunub”.

Dünya ölkələri üçün qlobal problemə çevrilən COVID-19 infeksiyası mövzusuna toxunan səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev pandemiya şəraitində respublikamızda səhiyyə infrastrukturunun daha da möhkəmləndirilməsi istiqamətində zəruri addımlar atıldığını qeyd edib: “Pandemiyanın ilk günlərindən Azərbaycan hökumətinin qəbul etdiyi qərarlar vəziyyəti tam nəzarətdə saxlamağa imkan verib. Prezident İlham Əliyevin beynəlxalq arenada qazandığı nüfuzu sayəsində bütün platformalarda hazırlanan vaksinlər ölkəyə gətirilib. Bunun nəticəsidir ki, bu gün ölkə vətəndaşları gücləndirici ("buster") doza ilə aktiv şəkildə peyvənd olunur”.

Sonda T.Musayev vurğuladı ki, 2021-ci ildə elektron sənəd dövriyyəsinə keçid, səhiyyə sistemində rəqəmsal və innovativ texnologiyalardan istifadəsi, işğaldan azad edilmiş ərazilərdə səhiyyə ocaqlarının inşası və sair istiqamətlərdə mühüm addımlar atılıb. Eyni zamanda, cari ildə Sanator Kurort Reabilitasiya Mərkəzində şəhid ailələrinə sanatoriya-kurort və müalicə-bərpa xidmətləri mütəmadi olaraq təşkil edilib: "Əldə olunan nailiyyətlərlə yanaşı, problemlər də mövcuddur və biz bütün diqqətimizi bu problemlərin həllinə yönəltməliyik. İnanıram ki, qısa müddətdə müsbət nəticə əldə olunacaq".

Sonra nazirliyin şöbə müdirlərinin 2021-ci ilin yekunları ilə bağlı hesabatları dinlənilib.

İclasın sonunda şöbə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.