Azərbaycan hökuməti ilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) arasında əməkdaşlıq çərçivəsində bu gün Səhiyyə Nazirliyində ÜST-nin ölkə ofisinin rəhbəri Hande Harmancı ilə görüş keçirilib.

Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatı kimi nüfuzlu bir təşkilat ilə 1992-ci ildən sıx əməkdaşlıq etdiyini və bu əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, ötən müddət ərzində qarşılıqlı əməkdaşlıq şəraitində mühüm işlər görülüb, ölkə, regional və qlobal səviyyələrdə uğurlu layihələr həyata keçirilib.

Səhiyyə naziri bu yaxınlarda ÜST-nin Avropa üzrə regional direktoru Hans Henri P. Klugenin Azərbaycana rəsmi səfəri çərçivəsində Prezident İlham Əliyev ilə və Səhiyyə Nazirliyində keçirilən görüşü xatırladıb. O, nüfuzlu səhiyyə təşkilatının rəhbərinin ölkəmizə səfərinin əlaqələrimizə töhfə verəcəyinə əminliyini ifadə edib.

COVID-19 infeksiyası ilə mübarizə mövzusuna toxunan Teymur Musayev vurğuladı ki, ölkəmizdə həyata keçirilmiş kompleks tədbirlər nəticəsində son zamanlar koronavirusa yoluxma sayında kəskin azalma müşahidə olunur. Ölkəmizin COVID ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının fəaliyyətini daim dəstəklədiyini vurğulayan nazir, Azərbaycanla ÜST arasında əməkdaşlığın gücləndirilməsinə verdiyi töhfələrə görə təşkilatın ölkəmizdəki nümayəndəliyinə təşəkkürünü bildirib.

Səmimi qəbula görə təşəkkürünü bildirən ÜST-nin ölkəmizdəki nümayəndəliyinin rəhbəri Hande Harmancı gələcəkdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib. Onun sözlərinə görə, Azərbaycan yeni növ koronavirus infeksiyasına qarşı mübarizədə nəzərəçarpan uğurlar qazanan ölkələr sırasındadır. Eyni zamanda, pandemiya ilə mübarizədə ilk günlərdən ÜST ilə qarşılıqlı əməkdaşlıq şəraitində çalışır.

Konstruktiv və dostluq şəraitində keçən görüş zamanı gələcəkdə birgə layihələrin həyata keçirməsi ətrafında (Qrip pandemiyasına qarşı Milli hazırlıq planının yenilənməsi; Səhiyyə sahəsində fövqəladə hallara hazırlıq üzrə birgə qrupun yaradılması; multidissiplinar tibbi yardımın təşkilində əməkdaşlıq; beynəlxalq və kütləvi tədbirlərə texniki dəstək və s.) faydalı müzakirələr aparılıb.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.