SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Sankt-Peterburqun mədəniyyət-işgüzar missiyasının Azərbaycanın paytaxtına səfəri çərçivəsində Səhiyyə Nazirliyində Sankt-Peterburqun Səhiyyə Komitəsinin sədr müavini Aleksey Tereşinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev ölkələrimiz arasında səhiyyə və tibb elmi sahəsində səmərəli əməkdaşlığın olduğunu qeyd edib.
Teymur Musayev 2021-ci ilin yayında Bakıda Rusiyanın səhiyyə naziri Mixail Muraşkonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşün keçirildiyini xatırladıb. Görüş zamanı ölkələr arasında “Səhiyyə və tibb elmi sahəsində yenilənmiş əməkdaşlıq Sazişi” imzalanıb.
Rusiya tərəfinə COVID-19 pandemiyası ilə mübarizədə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirən nazir rusiyalı mütəxəssislərin dəyərli tövsiyələrinin Azərbaycanda epidemioloji vəziyyətin sabitləşməsinə öz töhfəsini verdiyini vurğulayıb.
Teymur Musayev çıxışında Sankt-Peterburqdakı tibb universitetlərinin zəngin elmi-tədqiqat ənənələri ilə tanındığını və illər ərzində görkəmli alimlərin yetişdirdiyini xüsusilə qeyd edib. Eyni zamanda, Sankt-Peterburqun Kliniki Elmi-Praktiki Mərkəzlərində ixtisaslaşmış tibbi yardım xidmətlərin göstərildiyi vurğulanıb.
Sonda Azərbaycanın səhiyyə naziri ikitərəfli əlaqələrin gələcək dinamik inkişafına ümidvar olduğunu bildirib: “Tibb mütəxəssislərinin davamlı peşə təhsili sahəsində müasir metodiki və elmi-praktik təcrübə mübadiləsi üçün bütün imkanlar mövcuddur”.
Səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlığını bildirən Aleksey Tereşin belə görüşlərin təcrübə və bilik mübadiləsi baxımından çox vacib olduğunu vurğulayıb. Nümayəndə heyətinin rəhbəri Sankt-Peterburqdakı tibb mərkəzləri və müəssisələrinin fəaliyyəti haqqında da ətraflı məlumat verib. Ürək cərrahiyyəsi, minimal invaziv, torakal cərrahiyyə, onkologiya, urologiya və tibbin digər sahələrində ciddi nailiyyətlərin əldə edildiyini qeyd edən Aleksey Tereşin Azərbaycan Səhiyyə Nazirliyi, eləcə də onun tabeliyində olan elmi-tədqiqat institut və mərkəzləri ilə əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasında maraqlı olduğunu bildirib.
Nümayəndə heyətinin rəhbəri, həmçinin qeyd edib ki, səfər çərçivəsində Səhiyyə Nazirliyinin Azərbaycan Tibb Universitetinə (ATU) və ATU-nun elmi klinikalarında görüşlər keçiriləcək, eyni zamanda Azərbaycan Tibb Universiteti ilə Sankt-Peterburq Pediatriya Universiteti arasında Əməkdaşlıq Memorandumunun imzalanması nəzərdə tutulub.
Sonda tərəflər prioritet istiqamətlər üzrə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.