SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

AR səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Rusiya Sənaye və Ticarət Nazirliyinin Xarici Ticarət Sahəsində Beynəlxalq Kooperasiya və Lisenziyalaşdırma Departamentinin direktoru Roman Çekuşovun rəhbərlik etdiyi Rusiya nümayəndə heyəti ilə görüşüb.

Görüş zamanı tərəflər əczaçılıq sənayesində gələcək əməkdaşlığın perspektivlərini, həmçinin tibbi aviasiya sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər.

Öz çıxışında Teymur Musayev ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən tibb sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayıb. O, həmçinin Rusiya Federasiyasının səhiyyə nazirinin cari ilin iyulunda Bakıda səfərdə olduğunu və rusiyalı həmkarı ilə görüş zamanı tərəflər arasında “Rusiya Federasiyası Səhiyyə Nazirliyi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi arasında səhiyyə sektorunda əməkdaşlığın prioritet sahələrinin inkişafına dair 2021-2024-cü illər üçün Yol xəritəsi”nin imzalandığını xatırladıb.

Rusiya nümayəndə heyəti çıxışlarında ölkələrimiz arasında əczaçılıq sənayesində uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayıblar. Qeyd edilib ki, dərman təminatı sahəsi ən mühüm və sosial əhəmiyyətli sahələrdən biridir. Vurğulanıb ki, dərhal təcili tibbi yardımın göstərilməsi insan sağlamlığının və həyatının qorunmasında əsas vasitələrdən biridir. Rusiya nümayəndə heyəti ölkələrinin tibbi aviasiyanın inkişafında böyük təcrübəsini nəzərə alaraq, bu sahədə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.

Görüşün sonunda tərəflər əməkdaşlığın bundan sonra da davam etdirilməsi barədə razılığa gəliblər.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.