Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda tibbi təhsilin keyfiyyətini müasir dünya standartlarına uyğunlaşdırmaq məqsədilə tədrisin müxtəlif növ və formaları həyata keçirilir.
İnstitut rəhbərliyi tibb elminin ən son nailiyyətlərinin yerli həkim-mütəxəssislərə çatdırılmasında beynəlxalq təhsilə önəm verir.
Bu məqsədlə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Səhiyyə Nazirliyinin göstərişi ilə Bakı Təhsil Məlumat Mərkəzi ilə birlikdə 19 iyun 2017-ci il tarixində Zalsburq Tibbi Seminarlar proqramı Avstriya İnkişaf Agentliyi ilə əməkdaşlıq çərçivəsində “Ananın və körpənin sağlamlığı” mövzusunda simpozium keçiriləcəkdir. Simpoziumda Avstriyanın Graz Tibb Universiteti Neonatologiya kafedrasının professoru Friedrich Reiterer neonatologiyanın aktual problemlərinə həsr olunmuş mühazirələr oxuyacaq və təlim keçəcəkdir.Məşğələlər səhər saat 9.00-da başlayacaq və bütün günü davam edəcəkdir.
Respublikanın şəhər və regionlarında çalışan neonatoloq və pediatrlar simpoziumda iştiraka dəvət olunurlar.
Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı