SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Azərbaycan hökuməti ilə Dünya Bankı Qrupu (DB) arasında əməkdaşlıq çərçivəsində bu gün Səhiyyə Nazirliyində DB-nin Cənubi Qafqaz üzrə İnsan Resurslarının Inkişafı təcrübə Proqram Qrupunun rəhbəri Ahmet Levent Yenerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev vurğulayıb ki, səhiyyə sisteminin təkmilləşdirilməsi ölkəmiz üçün prioritet məsələdir. Onun sözlərinə görə, Dünya Bankı ilə müxtəlif sahələrdə əməkdaşlıq ölkəmizdə qabaqcıl beynəlxalq təcrübənin tətbiqi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bunu nəzərə alaraq, Səhiyyə Nazirliyi bu sahədə Dünya Bankı ilə əməkdaşlığı genişləndirməkdə maraqlıdır.

Sonra Dünya Bankının nümayəndələri “Azərbaycanda Rəqəmsal Səhiyyə Ekosisteminin Qiymətləndirilməsi: 2022-2026-cı illər üçün Azərbaycanın Milli Səhiyyə İnformasiya Strategiyasının hazırlanması” layihəsi çərçivəsində ölkəmizdə rəqəmsal səhiyyənin inkişafı ilə bağlı təkliflərini təqdim etdilər.

İşgüzar və səmimi şəraitdə keçən görüş zamanı tərəflər həmçinin Azərbaycanda elektron səhiyyə strategiyasının hazırlanmasında texniki yardım layihəsinin həyata keçirilməsini müzakirə etdilər.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.