SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Bu gün AR Səhiyyə Nazirliyində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qiymətləndirmə missiyasının nümayəndələri ilə görüş keçirilib.

Missiyanın məqsədi Azərbaycanda mövcud vəziyyətin qiymətləndirilməsi və müvafiq tövsiyələrin verilməsidir. Eyni zamanda, ÜST-nin nümayəndələri və ekspertləri COVID-19 və ya hər hansı digər fövqəladə hallarla əlaqədar Fövqəladə Hallara Cavab Məlumat İdarəetmə Sistemini (ERİMS) təkmilləşdirmək və COVID-19 üçün mövcud sistemin ümumi məlumatlar axını sisteminin tərtib olunmasına dair texniki dəstək məqsədilə Azərbaycana gəliblər.

Qarşılıqlı anlaşma şəraitində keçən toplantıda Azərbaycanda hazırkı vəziyyət və COVID-19 infeksiyasına qarşı görülən tədbirlər müzakirə edilib.

Tədbirdə giriş sözü ilə çıxış edən səhiyyə nazirinin müavini Viktor Qasımov ÜST nümayəndələri ilə Azərbaycan arasında illər ərzində davam edən olduqca məhsuldar işbirliyinin olmasını vurğulayaraq, bu işbirliyin gələcəkdə daha yüksək nəticələr verəcəyinə inandığını söyləyib. Nazir müavini görülən işlərə görə bütün missiya üzvlərinə öz minnətdarlığını bildirib.

Toplantıda ÜST-nin missiyasının rəhbəri Paula Vaskonselos “COVID-19 və ya hər hansı digər fövqəladə hallarla əlaqədar Fövqəladə Hallara Cavab Məlumat İdarəetmə Sistemini təkmilləşdirmək” mövzusunda təqdimatla çıxış etdi. Paula Vaskonselos vurğuladı ki, Səhiyyə Təşkilatı COVID-19 infeksiyasının geniş yayılmasının qarşısını alınmaq məqsədilə koronavirus pandemiyası başlayandan bəri ölkəmiz ilə yaxından əməkdaşlıq edir və birlikdə bir sıra layihələr həyata keçirir. “Göstərilən dəstək ictimai səhiyyə sahəsində fövqəladə halların qarşısını effektiv formada alınması, aşkarlanması və tədbirlərin gücləndirilməsi məqsədi daşıyır”, - deyə Paula Vaskonselos əlavə etdi.

Öz çıxışında missiyanın rəhbəri ölkəmizdə səhiyyə sahəsində müasir informasiya texnologiyalarının imkanlarından, xüsusən də Yoluxucu Xəstəliklərin Elektron Müşahidə Sisteminin (YXEMS) geniş istifadə olunmasını yüksək qiymətləndirdi. O, YXEMS sisteminin Azərbaycan modelinin digər ölkələrdə də tətbiq olunmasının tövsiyə edəcəyini bildirdi.

Qeyd edək ki, ÜST nümayəndələri və ekspertlərinin missiyası qiymətləndirmə aparılması məqsədilə ölkəmizin səhiyyə obyektlərini ziyarət edib.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.