SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

İİV infeksiyası – İnsanın immunçatışmazlığı virusu tərəfindən törədilən və immun sistemin getdikcə artan zədələnməsi ilə xarakterizə olunan infeksion xəstəlikdir. 
QİÇS isə İİV-infeksiyasının sonuncu mərhələsidir, hansı ki, bu mərhələdə artıq immun sistemin daha proqressiv zədələnməsi müşahidə edilir və xəstələrdə çoxsaylı ağırlaşmalar – vərəm, MSS-in zədələnməsi, mədə-bağırsaq sistemində patologiyalar, bədxassəli şişlər inkişaf edir.
İnfeksiyaya yoluxmanın 3 əsas yolu vardır:
Cinsi yol - İİV-ə yoluxmuş şəxslə qorunmamış cinsi əlaqələr nəticəsində;
Parenteral yol - İİV-ə yoluxmuş qan və qan preparatlarının köçürülməsi, İİV-ə yoluxmuş donorun orqanlarının transplantasiyası zamanı, İİV-lə çirklənmiş tibbi ləvazimat və məhlullardan istifadə edərkən, o cümlədən inyeksion narkotik istifadəçiləri arasında qeyri steril şprislərdən istifadə zamanı, İİV-lə çirklənmiş gigiyenik, kosmetoloji, bərbər və digər məişət ləvazimatlarının istifadəsi nəticəsində; üçüncü yol, İİV-ə yoluxmuş anadan uşağa hamiləlik dövründə, doğuş zamanı və ana südü ilə qidalanma zamanı.

Cinsindən, yaşından, irqindən, sosial statusundan asılı olmayaraq, hər bir şəxs İİV-ə yoluxa bilər. İİV-ə yoluxma daha çox profilaktik tədbirlərə əməl etmədikdə baş verir. Bu virusa yoluxma halları  xüsusilə risk qrupları arasında konsentrə olunub, yəni inyeksion narkotik istifadəçiləri, kişilərlə cinsi əlaqədə olan kişilər, transgender şəxslər, seks biznezlə məşğul olan qadınlar arasında İİV-ə yoluxma halları müşahidə olunur.

İİV-ə yoluxmuş şəxslərin müalicəsi Antiretrovirus terapiya adlanır. İİV infeksiyası artıq xroniki xəstəliklər sırasındadır. İİV-ə yoluxmuş bütün şəxslər müalicəni vaxtı-vaxtında qəbul etdikləri müddətdə sağlam həyat tərzi sürürlər, onların həyat keyfiyyəti yaxşılaşır, ağırlaşmaların və ölümün qarşısı alınır. 
 Müalicə Respublika QİÇS-lə Mübarizə mərkəzində Ümumdünya Səhiyyə Təşkilatının son tövsiyələrinə müvafiq olaraq müasir müalicə rejimləri əsasında  aparılır. Xəstələrin ARV preparatlarla təminatı dövlət tərəfindən Səhiyyə Nazirliyinin dəstəyilə ödənişsiz, konfidensial qaydada həyata keçirilir. Xəstələrdə İİV infeksiyası diaqnozu təsdiqləndikdən sonra dispanser nəzarətə götürülərək antiretrovirus terapiyaya cəlb olunurlar. Xəstələrlə həkim infeksionistlər, psixoloqlarımız tərəfindən məsləhətləşmələr aparılır. Mərkəzin mütəxəssisləri tərəfindən hər bir xəstəyə individual yanaşma ilə, yəni hər bir xəstənin yaşı, çəkisi, müayinə nəticələri, ağırlaşmaları,yanaşı xəstəlikləri və s. nəzərə alınaraq müalicə sxemləri təyin olunur. Dərmanların qəbul qaydası,  müalicəyə  sadiqlik, fasiləli müalicənin fəsadları, monitorinq müayinələrinin vacibliyi barədə xəstələr mütəxəssislər tərəfindən ətraflı məlumatlandırılırlar.

Burada ən vacib məqam insanların İİV/QİÇS mövzusunda, profilaktik tədbirlər barədə maariflənməsidir. Biz hər zaman qeyd edirik: “Profilaktika müalicədən daha yaxşıdır”. Riskli davranışlardan çəkinmək, qoruyuculardan istifadə, zərərli vərdişlərdən uzaqlaşmaq, gigiyenik qaydalara əməl olunması İİV-ə yoluxmanın qarşısının alınması üçün əsas tədbirlərdir. Eyni zamanda istərdim, təmasdan öncə və təmasdan sonra profilaktika barədə də məlumat verim. Artıq ölkədə risk qrupları arasında təmasdan öncə profilaktika həyata keçirilir. Bu İİV-ə yoluxmamış şəxslərin İİV-lə yaşayan insanlarla kontaktından öncə virusa yoluxmasının qarşısını almağa yönəldilmiş antiretrovirus preparatının  sxem üzrə qəbulundan ibarətdir. 
Təmasdan sonra profilaktika isə artıq uzun illərdi ölkədə uğurlu şəkildə həyata keçirilir. İİV-li şəxslərlə, təsadüfi, qorunmamış təmasdan sonra, İİV-lə təmas etmiş şpris ucluqları batan zaman , həmçinin, tibb işçiləri arasında İİV-ə yoluxmuş biomateriallarla tibbi zədələnmə baş verdikdə yoluxmanın qarşısının alınması üçün Respublika QİÇS-lə Mübarizə Mərkəzinə müraciət etmək tövsiyə olunur. 
Qeyd edək ki, burada vacib məqam təmasdan sonra 72 saat ərzində müraciət olunmasıdır.

İİV-ə yoluxmuş şəxslər həkimin tövsiyələrinə ciddi şəkildə riayət etməklə ailə həyatı qura bilər. İİV müsbət statusu olan şəxsin İİV infeksiyasını öz partnyoruna yoluxdurmasının qarşısının alınması məqsədilə, həmin şəxsə veriləcək vacib tövsiyələrdən biri vaxtında antiretrovirus preparatlarının qəbuluna başlamasıdır. Çünki, ARV terapiya İİV-ə yoluxmuş şəxslərdə virusun qanda müəyyən olunmayan səviyyəyədək enməsini və immunitetin bərpasını təmin etməklə yanaşı, eyni zamanda epidemioloji cəhətdən virusun bir şəxsdən digərinə ötürülməsinin qarşısını alır. 

Bu məqama xüsusilə toxunmaq istərdim. Çünki, ölkədə İİV-infeksiyasının anadan uşağa ötürülməsinin profilaktikası (AUÖP) uğurlu şəkildə həyata keçirilir və son 5 il ərzində qeydiyyata götürülən və antiretrovirus terapiya qəbul edən hamilələrdə virusun uşağa ötürülmə halı qeydə alınmamışdır. Vurğulamaq istərdim ki, hər bir hamilə qadın mütləq şəkildə qadın məsləhətxanalarında qeydiyyata durmalı və İİV-ə müayinələrdən keçməlidirlər. Hamilə qadın antiretrovirus terapiya qəbul etdiyi təqdirdə virus yükü qanda təqdim edilməyəcək səviyyəyə qədər enir və dölün yoluxma ehtimalı azalır. Qeydiyyatda olan hər bir qadın hamiləlik planlaşdırmadan öncə mütləq şəkildə davamlı antiretrovirus prepratları qəbul etməlidir.

Ümumiyyətlə, tarixən cəmiyyətdə  İİV haqqında yalnış miflər və düşüncələr formalaşmışdır. Sizin səsləndiridyiniz bu fikir də həmin yalnış və əsası olmayan miflərdəndir. Qətiyyən İİV infeksiyası ilə mübarizədə bu cür yanaşmalar həyata keçirilmir. Əvvəldə vurğuladığımız kimi, İİV infeksiyası xroniki xəstəliklər qrupuna aiddir və həkim nəzarəti altında müalicəsi aparılır. Respublika QİÇS-lə Mübarizə Mərkəzində qeydiyyata götürülmüş İİV-ə yoluxmuş uşaqlar və böyüklər, daimi olaraq dövlət tərəfindən müalicə və qayğı ilə əhatə olunurlar.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.