2011-ci ildən sonra xarici ölkələrdə klinik ordinatura təhsili almış, müvafiq imtahan və kurslardan müvəffəqiyyətlə keçmiş tibb işçilərinə “Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə” Şəhadətnamə ilə təmin edilməsi barədə Elan
2011-ci ildən sonra xarici ölkələrdə klinik ordinatura təhsili almış, müvafiq imtahan və kurslardan müvəffəqiyyətlə keçmiş tibb işçiləri 26.02.2024-cü il tarixindən etibarən “Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə” Şəhadətnamələri Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə yaxınlaşaraq şəxsən və ya qanuni nümayəndələri vasitəsi ilə əldə edə bilərlər.