2023/2024-cü tədris ili üçün rezidenturaya qəbul olanların nəzərinə
2023/2024-cü tədris ili üçün rezidenturaya (Azərbaycan Tibb Universitetin Hərbi tibb fakültəsini bitirmiş namizədlər istisna omaqla) qəbul olmuş şəxslər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə mülki-hüquq müqaviləsi bağlamalı və qeydiyyatdan keçməlidirlər.
Rezidenturaya qəbul olan şəxsin özü olmadıqda müqaviləni həmin şəxsin etibarnamə verdiyi digər şəxs imzalaya bilər.
Rezidenturaya qəbul olan şəxslərin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcəkdir.
Rezidenturaya qəbul olan şəxslər portal.edu.az platformasında qeydiyatdan keçdikdən sonra 30.08.2023-cü il tarixindən 06.09.2023-cü il tarixinədək Dövlət İmtahan Mərkəzinin elektron xidməti çərçivəsində yaradılmış “Şəxsi kabinet”inin istifadəçi adını, namizədin elektron ərizəsinin iş nömrəsini, siyahıda göstərilən sənədlərin əslini və surətini aşağıdakı cədvəldə qeyd olunan tarixdə və ünvanda şəxsən təqdim etməlidirlər:
- Azərbaycan Respublikasının vətəndaşları – şəxsiyyət vəsiqələrini, əcnəbilər – pasportlarını və (və ya) icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər – yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün onlara verilən sənədləri və ya icazə vəsiqələrini;
- Əsas (baza ali) tibb təhsili haqqında sənədi: cari ilin məzunları – təhsil müəssisəsi tərəfindən verilən arayışı, əvvəlki illərin məzunları – diplomu;
- Xarici ölkələrdə ali təhsil almış şəxslər - Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilən ixtisasın tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənədləri;
- Xarici ölkələrdə ali ixtisas tibb təhsili almış, diplomdan sonra ixtisaslaşma keçmiş Azərbaycan Respublikasının vətəndaşları olan həkimlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilən “Tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə şəhadətnamə”ni.
№ |
Rezidentura hazırlığı aparan elm, təhsil müəssisələri və klinik bazalar |
Tarix, vaxt və ünvan |
1 |
Azərbaycan Tibb Universiteti |
30 avqust saat 10:00-15:00 (Ünvan: Azərbaycan Tibb Universitetinin 5-ci korpusunda İmtahan Mərkəzində (VTM)) |
2 |
K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu |
31 avqust saat 10:00-dan-14:00-dək (Ünvan: Azərbaycan Tibb Universitetinin 5-ci korpusunda İmtahan Mərkəzində (VTM)) |
3 |
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu |
|
4 |
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu |
|
5 |
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu |
|
6 |
Mərkəzi Klinik Xəstəxana |
|
7 |
Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi |
|
8 |
Milli Onkologiya Mərkəzi |
|
9 |
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi |
1 sentyabr saat 10:00-dan-14:00-dək (Ünvan: Azərbaycan Tibb Universitetinin 5-ci korpusunda İmtahan Mərkəzində (VTM)) |
10 |
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi |
|
11 |
Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi |
|
12 |
Milli Hematologiya və Transfuziologiya Mərkəzi |
|
13 |
Respublika Narkoloji Mərkəzi |
|
14 |
Bakı Sağlamlıq Mərkəzi |
|
15 |
Psixi Sağlamlıq Mərkəzi |
|
16 |
Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu |
|
17 |
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Baki filialı |
4 sentyabr saat 10:00-dan-13:00-dək (Ünvan: Bakı ş., Hüseyn Cavid Prospekti 139) |
18 |
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu |
5 sentyabr saat 10:00-dan-15:00-dək (Ünvan: Bakı ş., Müzəffər Həsənov k.,35) |