2023-cü ildə aparılmış sonuncu yekun attestasiyadan müvəffəqiyyətlə keçərək rezidentura təhsilini bitirən həkim-mütəxəssislərin iş yerlərinə göndərilməsi barədə Elan
2023-cü ildə aparılan sonuncu yekun attestasiyadan müvəffəqiyyətlə keçərək rezidentura təhsilini bitirən həkim-mütəxəssislərin iş yerlərinə göndərilməsi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində aşağıdakı cədvəl üzrə keçiriləcək. Müraciət edənlərdən şəxsiyyət vəsiqələrini təqdim etmələri xahiş olunur.
Tarix və vaxt |
İxtisas
|
24 yanvar 2024-cü il saat 10:00 |
Ümumi cərrahiyyə Travmatologiya – ortopediya Mamalıq-ginekologiya Hematologiya Dermatovenerologiya Üz-cənə cərrahiyyəsi |
25 yanvar 2024-cü il saat 10:00 |
Nevrologiya Şüa- diaqnostikası Nefrologiya Revmatologiya Qastroenterologiya Daxili xəstəliklər |
26 yanvar 2024-cü il saat 10:00 |
Endokrinologiya Sosial gigiyena və səhiyyənin təşkili Yoluxucu xəstəliklər Kardiologiya Parodontologiya Ortopedik stomatologiya Ortodontiya |
29 yanvar 2024-cü il saat 10:00 |
Pediatriya Urologiya Onkologiya Ailə təbabəti Neyrocərrahiyyə Plastik cərrahiyyə Otorinolarinqologiya Allergologiya və immunologiya |
30 yanvar 2024-cü il saat 10:00 |
Anesteziologiya-reanimatologiya Oftalmologiya Ftiziatriya Fizioterapiya və tibbi bərpa Tibbi mikrobiologiya Laboratoriya işi Epidemiologiya Uşaq cərrahiyyəsi Patoloji anatomiya,məhkəmə-tibbi ekspertiza Psixiatriya Narkologiya |