2025-ci ilin mart ayında aparılmış yekun attestasiyadan müvəffəqiyyətlə keçərək rezidentura təhsilini bitirmiş həkim-mütəxəssislərin iş yerlərinə göndərilməsi barədə
2025-ci ilin mart ayında aparılmış yekun attestasiyadan müvəffəqiyyətlə keçərək rezidentura təhsilini bitirmiş həkim-mütəxəssislərin iş yerlərinə göndərilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kadr Məsələləri üzrə Komissiyası tərəfindən aşağıdakı cədvəl üzrə keçiriləcəkdir. Müraciət edənlərdən şəxsiyyət vəsiqələrini təqdim etmələri xahiş olunur.
Tarix və vaxt |
İxtisas
|
13 iyun 2025-ci il saat 10:00 |
Daxili xəstəliklər Epidemiologiya Kardiologiya Mamalıq-ginekologiya Oftalmologiya Otorinolarinqologiya Pediatriya Psixiatriya Şüa diaqnostikası Tibbi mikrobiologiya Uşaq cərrahiyyəsi Ümumi-cərrahiyyə Yoluxucu xəstəliklər Neonatologiya Nevrologiya Uşaq nevrologiyası Endokrinologiya Endodontiya Uşaq stomatologiyası Laboratoriya işi Hematologiya Vakansiyalar Təyinatda iştirak etmiş həkim-mütəxəssislərin iş yerinə göndərişləri 19.06.2025-ci il və 20.06.2025-ci il tarixlərində saat 10:00-dan 17:00-dək veriləcəkdir. Ünvan: Səhiyyə Nazirliyinin İnzibati binası (Bakı şəhəri akad. M.Mirqasımov küç. 1A)
|