Biznes mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Səhiyyə sistemi” işçi qrupunun iclasının keçirilməsi nəzərdə tutulub
Biznes mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Səhiyyə sistemi” işçi qrupunun 23 oktyabr 2023-ci il tarixində, saat 15.00-da video- konfrans formatında iclasının keçirilməsi nəzərdə tutulub.
Görüşdə işçi qrupunun əvvəlki iclasın Protokolunda qərara alınmış tədbirlərin icra vəziyyəti barədə geniş məlumatın təqdim olunması planlaşdırılır.
Görüş, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, İcbari Sığorta üzrə Dövlət Agentliyi, Dövlət Statistika Komitəsi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzi, TƏBİB və Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Səhiyyə sistemi ” işçi qrupunun digər qurumlardan olan nümayəndələrinin iştirakı ilə baş tutacaq. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Müharibə veteranları və şəhid ailələrinə psixoloji yardım və tibbi reabilitasiya üzrə “9109 qısa nömrəli Çağrı Mərkəzi” tərəfindən görülən işlər barədə məlumat, regionlarda tibbi xidmətin əlçatanlığının digər illərlə müqayisəli təhlilini əks etdirən hesabat və dializ mərkəzlərinin fəaliyyəti üzrə məlumat, insultlu xəstələrin müayinə və müalicəsinin “xidmətlər zərfi”ndə əhatəliliyi və İTSDA tərəfindən ambulator xidmətin təşkili üzrə aparılan islahatlar, TƏBİB tabeli müəssisələrdə tibbi cihazların təminatı, dərman təchizatı məsələlərinin müzakirəsi işçi qrupun gündəliyinə salınıb.