Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Səhiyyə sistemi” işçi qrupunun növbəti iclası keçiriləcək
30 aprel 2026-cı ildə Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Səhiyyə sistemi” işçi qrupunun video-konfrans formatında növbəti iclasının keçirilməsi planlaşdırılır.
Növbəti iclasın təşkilinin məqsədi “Səhiyyə sistemi” işçi qrupunun 2026-cı il üzrə Fəaliyyət Planı əsasında əsas icraçı qurumların rüblük hesabatlarının dinlənilməsi, həmçinin Naxçıvan Muxtar Respublikasında səhiyyə sahəsində mövcud problemlərin müzakirəsidir.
Görüşdə həmçinin Səhiyyə Nazirliyi tərəfindən 2026-cı ilin ilk 3 ayı ərzində görülmüş işlərin təqdimatı nəzərdə tutulub.