QİÇS, Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal Fondun Azərbaycan Respublikasında həyata keçirdiyi proqramları çərçivəsində Səhiyyə Nazirliyi HIV/AIDS, Vərəm və Malyariya ilə mübarizə proqramın Layihə Əlaqələndirmə Bürosuna İnformasiya texnologiyaları üzrə mütəxəssis axtarılır - Elan

Agentlik haqqında qısa məlumat:

Qlobal Fond QİÇS, vərəm və malyariya kimi epidemiyaları sonlandırma prosesini sürətləndirmək üçün nəzərdə tutulmuş tərəfdaşlıqdır. Beynəlxalq təşkilat olaraq Qlobal Fond 100-dən çox ölkədə yerli ekspertlər tərəfindən həyata keçirilən proqramları dəstəkləmək üçün hər il vəsait toplayır və sərmayə qoyur. Hökumətlər, vətəndaş cəmiyyəti, texniki agentliklər, özəl sektor və xəstəliklərdən təsirlənən insanlarla əməkdaşlıq edərək, biz qarşıya çıxan maneələrlə mübarizə aparır və innovasiyalardan faydalanırıq.

İnformasiya texnologiyaları üzrə mütəxəssis gündəlik olaraq Layihə Əlaqələndirmə Bürosunun Direktoruna (“LƏB Direktoru”) hesabat verir və Qlobal Fondun Azərbaycanda QİÇS, Vərəm və COVID-19 proqramlarının səmərəli idarə olunmasında əsas texniki məsələlərə görə cavabdehlik daşıyır. İnformasiya texnologiyaları üzrə mütəxəssis LƏB-in internet sisteminin yaradılması və saxlanılması, komputerlərin, intranetin, internetin, LƏB-in internet səhifəsinin və həmçinin LƏB-in kifayət qədər yaxşı fəaliyyət göstərməsi üçün lazım olan digər intenet işlərinin tərtibini həyata keçirir. O öhdəliklərin yerinə yetirilməsinə görə LƏB direktoru qarşısında məsuliyyət daşıyır.

İnformasiya texnologiyaları üzrə mütəxəssisin əsas vəzifə və öhdəliklərinə aşağidakilar daxildir:

Yerinə yetirilən iş və xidmətlər

Öhdəliklər:

  • Direktora LƏB üçün lazım olan İT məhsullarını seçməkdə kömək etmək;
  • Layihə üçün İT məhsulların seçilməsində iştirak etmək;
  • LƏB-də komputer sistemini quraşdırmaq;
  • Ofisin sürətli işləyən internet və intranet ilə təmin olunmasına əmin olmaq;
  • LƏB-n internet səhifəsini yaratmaq və saxlamaq;
  • LƏB-in büllütenlərinin, informasiya CD-lərin, audio və video materialların hazırlanmasında kömək etmək;
  • LƏB-in direktoru tələb etdikdə digər tapşırıqları yerinə yetirmək;
  • gfatm.az saytının yenilənməsi
  • İnformasiya Texnologiyaları Təhlükəsizliyi üzrə tədbirlər görülməsi
  • informasiya texnologiyaları sahəsində istifadə edilən sistemlərin idarə olunması və onlara qulluq, məlumatlaraın mütəmadi arxivlənməsi
  • texniki təhlükəsizlik proqramları idarə olunması
  • İnformasiya sisteminin tətbiqi üzrə vəzifələri müəyyən etmək, inkişafı istiqamətləndirmək, eləcə də informasiya sisteminin tətbiq etmək.
  • İstifadəçinin ehtiyacları ilə informasiya sisteminin özünün imkanları arasında ən ahəngdar və balanslaşdırılmış birləşmənin seçimini həyata keçirmək.
  • Metodoloji tipli informasiya sisteminin əsasını yaratmalıdır.
  • Layihə sənədlərinin hazırlanmasını planlaşdırmaq, informasiya sistemi üçün ümumi ödənişi hesablamaq və onun uğurlu fəaliyyətini təmin etmək onun məsuliyyətidir.
  • İnformasiya sisteminin sazlanması və saxlanması ilə bağlı görülən bütün işlərə nəzarəti təmin etmək.
  • Nəzarətin təmin edilməsi, həmçinin proqramların quraşdırılması proqramları.
  • İstifadəçilərin xidmətlə bağlı müraciətləri üzrə idarəetməni həyata keçirmək.
  • Müəssisənin istifadə etdiyi xidmətlərin işində aşkar edilmiş bütün problemlərin və pozuntuların aradan qaldırılması.
  • Sistemin fasiləsiz işləməsini təmin edir, həmçinin ani pozuntuların və səhvlərin aradan qaldırılması üçün operativ tədbirlər görür.
  • İdarənin avtomatlaşdırılmasında baş verən dəyişiklikləri təhlil edir, həmçinin proaktiv idarəetmə üçün bütün tədbirləri nəzərə alır.
  • İS-nin fəaliyyətinə aid olan yeni təlimatların, təlimatların və digər normativ materialların hazırlanmasına rəhbərlik edir.
  • Lazımi hesabatları tərtib edir, informasiya sisteminin müasirləşdirilməsi və təkmilləşdirilməsi üçün təkliflər verir.
  • Rahat naviqasiya nöqteyi-nəzərindən veb server interfeysini (sayt səhifələrinin yaxşı düşünülmüş hipermətn təsviri) işləyib hazırlayır.
  • Veb serverin inkişafı konsepsiyasını hazırlayır.
  • Veb serveri və veb serverin işlədiyi əməliyyat sistemini idarə edir.
  • Server saytlarında reklam üçün müştərilərə və partnyorlara təkliflər hazırlayır.
  • Nəşrlər üçün material seçir, redaktə edir və tərtib edir, annotasiyalar yaradır və açar sözləri müəyyən edir.
  • HTML sənədlərini qeyd edir.
  • Veb serveri, uzaqdan idarəetmə xidmətlərini, firewallları konfiqurasiya edir.
  • Veb server təhlükəsizliyini təmin edir.
  • Trafik təhlilini (ziyarət statistikası) həyata keçirir.
  • Ziyarətçilər arasında sorğu keçirir.
  • İnternetdə veb server elanlarını təşkil edir.

Müvafiq sahədə minimum iş təcrübəsi

Səhiyyə proqramlarına dair İnformasiya texnologiyaları üzrə mütəxəssis minimum 7 il uğurlu iş təcrübəsi və ya ən azı 5 il beynəlxalq proqramlarda təcrübə.

Tələb olunan bacarıqlar

  • informasiya və informasiyalaşdırma prosedurlarını bilmək
  • İnformasiya texnologiyaları dair beynəlxalq səviyyədə işlərin aparılmasını bilmək
  • Səhiyyə sahəsində İnformasiya texnologiyaları hazırlanmasında bilik və təcrübə
  • İnformasiya texnologiyaları müəyyən edilməsində proqramları ilə iş təcrübəsi
  • İnformasiya texnologiyaları sahəsində milli və/yaxud beynəlxalq proqramlarında iş təcrübəsi
  • Mürəkkəb məsələlərin həll olunmasında liderlik bacarığı
  • Ölkə səviyyəsində və beynəlxalq tərəfdaşlarla işlərə və belə işlərdə əməkdaşlıq etmək və onları əlaqələndirmək bacarığı

Tələb olunan dil bacarıqları:

İngilis dili – səlis, Azərbaycan dili – iş səviyyəsində və Rus dili – səlis iş səviyyəsində arzuolunandır

Müqavilənin növü : Xidməti

Əmək haqqı səviyyəsi: 2000 manata qədər

Elanla maraqlananlar öz təkliflərini aşağıdakı formatda 19 iyun 2023-cü il tarixində saat 17:00-a qədər project@gfatm.az ünvanına təqdim etməlidirlər:

1. Qoşma məktub

2. Təfsilatlı texniki təklif

3. Qiymət təklifi

4. Xasiyyətnamələr

Əlaqə nömrəsi: +99412 4982001

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.