Səhiyyə Nazirliyinin elanı
Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Səhiyyə sistemi ”işçi qrupunun video-konfrans formatında növbəti iclasının keçirilməsi 27 noyabr 2026-cı il tarixində saat 15.00-da planlaşdırılır.
Keçirilmiş əvvəlki görüşdə verilmiş tapşırığa əsasən Tibbi Rəqəmsal Əkiz Sistemi və TRƏS-ə dair mövcud vəziyyəti əks etdirən məlumatların təqdim edilməsi nəzərdə tutulmuşdur. Həmçinin, aktuallıq kəsb edən digər məsələlər, Naxçıvan Muxtar Respublikasında səhiyyə sahəsində maddi-texniki təchizat və tibbi xidmətin təşkilində kadr çatışmazlığı, ölkədə dərman istehsalı sahəsində mövcud istehsalçılar barədə hesabat təqdim edilməsi iclasın gündəliyinə salınmışdır.