“Səhiyyə sistemi” İşçi qrupunun növbəti iclası keçiriləcək

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Səhiyyə sistemi“ İşçi qrupunun növbəti iclası iyunun 2-də, saat 15:00-da video-konfrans formatında keçirilməsi nəzərdə tutulub.
İclasda əvvəlki üzvlərlə yanaşı, yeni nümayəndələr, o cümlədən Naxçıvan Muxtar Respublikasının (MR) Nazirlər Kabinetinin Aparatının və MR-nın Səhiyyə Nazirliyinin təmsilçiləri iştirak edəcəklər. Yeni üzvlər tərəfindən Naxçıvan MR-da səhiyyə sahəsində mövcud vəziyyət, əsas problemlərə baxış, Səhiyyə Nazirliyinin fəaliyyəti barədə qısa məlumatın təqdimi planlaşdırılır.
İşçi qrupun budəfəki gündəliyində ölümlər və ölüm səbəbləri üzrə statistik göstəricilərin təhlili, həmçinin əsas icraçı qurumlar tərəfindən 2025-ci il üzrə Fəaliyyət Planı əsasında rüblük hesabatların təqdim edilməsi yer alır.