“Səhiyyə sistemi” işçi qrupunun növbəti iclası keçiriləcək
Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Səhiyyə sistemi“ İşçi qrupunun növbəti iclası dekabrın 27-də, saat 15:00-da video-konfrans formatında keçirilməsi planlaşdırılır.
İşçi qrupun sədri, səhiyyə nazirinin müavini Rasim İsmayılovun rəhbərliyi ilə keçiriləcək iclasda 2025-cü il üzrə Fəaliyyət Planına daxil ediləcək təkliflər müzakirə olunacaq. Həmçinin, nəzərdə tutulan tədbirlər, yeniliklər, hədəflər bir daha nəzərdən keçiriləcək, 2024-cü ilin yekunlarına dair müzakirələr aparılacaq.
Eyni zamanda, nüfuzlu beynəlxalq təşkilatların səhiyyə sahəsində mühüm indikatorlarının təqdim olunması, sağlam ömür uzunluğunun hesablanma metodologiyasına dair təqdimatlar sözügedən iclasın gündəliyində yer alır.
İclasda Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Səhiyyə sistemi” işçi qrupuna üzv olan yeni nümayəndələrin təqdim olunması ilə yanaşı, gündəlikdə qeyd olunan mövcud problemlərin həlli istiqamətində məsələlərin müzakirəsi nəzərdə tutulub.
Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyası