“Səhiyyə sistemi” işçi qrupunun video-konfrans formatında növbəti iclası keçiriləcək
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Səhiyyə sistemi” işçi qrupunun aprelin 2-də, saat 15:00-da video-konfrans formatında növbəti iclası keçiriləcək.
Görüşdə 2024-cü il üzrə Fəaliyyət Planında nəzərdə tutulan tədbirlər, yeniliklər, hədəflər bir daha nəzərdən keçiriləcək, keçən ilin yekunlarına dair hesabat işçi qrup üzvlərinə təqdim ediləcək.
Eyni zamanda, sahibkarlıq subyektlərindən daxil oan müraciətlərdə qaldırılan məsələlərə dair müzakirələrin aparılması sözügedən iclasın gündəliyində yer alır.
Toplantıda Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının “Səhiyyə sistemi” işçi qrupunun nümayəndələri ilə yanaşı, gündəlikdə qeyd olunan mövcud problemlərin həlli istiqamətində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) nümayəndələrinin də iştirakı nəzərdə tutulub.