“Səhiyyə sistemi” işçi qrupunun video-konfrans formatında növbəti iclası keçiriləcək
Biznes mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Səhiyyə sistemi “işçi qrupunun növbəti iclasının 6 sentyabr 2024-ci il tarixində, saat 15:00-da video - konfrans formatında keçirilməsi planlaşdırılır. İşçi qrupun sədri, nazir müavini R.İsmayılovun rəhbərliyi ilə keçiriləcək iclasda Fəaliyyə Planı üzrə icra edilmiş fəaliyyətlərin nəticələrinə dair müzakirələr, təhlillər aparılacaq.
Həmçinin də, 2024-cü il üzrə Fəaliyyət Planının 6 aylıq hesabatının yekunlarına dair Səhiyyə Nazirliyi və əsas icraçı qurumlar tərəfindən çıxışlar nəzərdə tutulub.
Psixoloqların ümumi sayı, onların məktəblərdə fəaliyyət istiqaməti və bu sahə üzrə statistik göstəricilərə dair məlumatın təqdim edilməsi məsələsi iclasın bu dəfəki gündəliyində yer alır. Eyni zamanda Əhalinin sağlamlıq vəziyyətinin yaxşılaşdırılması istiqamətində aparılan tədbirlərin effektivliyinin qiymətləndirilməsi məqsədilə, 2023-cü il və 2024-cü ilin 6 ayı ərzində reabilitasiya xidmətləri üzrə statistikaya dair məlumatlar işçi qrup üzvlərinə təqdim ediləcəkdir.
Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyası