“Səhiyyə sistemi” işçi qrupunun növbəti iclası keçiriləcək
Biznes mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Səhiyyə sistemi “işçi qrupunun növbəti iclası 11 dekabr 2024-ci il tarixində, saat 15:00-da Səhiyyə Nazirliyində keçirilməsi planlaşdırılır. Görüşün gündəliyində işçi qrupun yeni üzvlərinin təqdim olunması, Fəaliyyət Planı üzrə icra edilmiş fəaliyyətlərin nəticələrinə dair müzakirələr, əvvəlki görüşün nəticələrinə dair protokolun Qərar hissəsində yer almış tapşırıqların vəziyyəti barədə müzakirələrin aparılması yer alır.
Həmçinin, 2023-2024-cü illər üzrə Səhiyyə Nazirliyi tərəfindən immunizasiya sahəsində görülmüş işlərə dair məlumatın “Səhiyyənin əsas inkişaf göstəricilərinə təsir göstərən amillərlə bağlı” hesabatla bağlı əsas məqamların təhlili nəzərdə tutulub.