SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Tələbələrin köçürülməsi ilə bağlı ELAN

Ölkə daxilində və xaricdə yerləşən ali və orta ixtisas tibb təhsili müəssisələrində təhsil alan tələbələrin ixtisasları üzrə digər təhsil müəssisəsinə köçürülməsi məsələləri ilə bağlı müraciətlər müvafiq sənədlərlə birgə 15 iyul 2023-cü il tarixinə kimi Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsinə təqdim olunmalıdır.

Tələbələrin köçürülməsi ilə bağlı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin rəsmi internet səhifəsində www.transfer.edu.az portalında tətil dövründə müəyyən edilmiş müddətdə qeydiyyatdan keçmək və sənədləri elektron formada təqdim etmək üçün elan yerləşdiriləcək. Müəyyən ediləcək müddətdə www.transfer.edu.az portalına elektron ərizə ilə müraciət edilmədiyi halda köçürülmə məsələsinə baxılması mümkün olmayacaq.

Tələbələrin ali və orta təhsil müəssisələrinə köçürülməsi ilə bağlı tələb olunan sənədlər:

Ali tibb təhsili

Orta tibb təhsili

- Ərizə;

- Şəxsiyyəti təsdiq edən sənədin surəti;

- Köçürülmə səbəblərini təsdiq edən sənədlər (səhhəti ilə bağlı arayışlar, ailə qurması haqqında şəhadətnamə və s.);

- Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi imtahanlarda iştirak etdiyi halda topladığı bal və həmin ildə köçürülmək istədiyi təhsil müəssisəsində müvafiq istiqamət üzrə minimal keçid balı barədə DİM-dən arayış;

- Akademik arayış (akademik transkript) - tələbənin təhsil müddətində keçdiyi fənlər üzrə topladığı kreditləri (saatları) və qiymətləri (rəqəm və (və ya) hərflərlə) özündə əks etdirən (xaricdə təhsil alanlar üçün mövcud qaydada leqallaşdırılmış və Azərbaycan dilinə tərcümə olunmuş) sənəd;

- Təhsil haqqı borcunun olmaması;

Xaricdən köçürülənlər üçün əlavə olaraq:

- Ali təhsil müəssisəsinə qəbul olunarkən topladığı bal və ya DİM tərəfindən keçirilən imtahanlarda iştirak etməməsi haqqında sənəd;

- Xaricdə təhsil aldığı müddətdə gediş-gəlişi təsdiq edən rəsmi sənədlər;

Xaricdən köçürülənlər və ya ölkə ali təhsil müəssisələrinə bu imtahanların nəticələri ilə qəbul olunanlar üçün əlavə olaraq:

- Beynəlxalq səviyyəli imtahanlarda (SAT, TOEFL, İELTS və s.) qazandıqları nəticələri təsdiq edən rəsmi sənədlər;

Əcnəbi vətəndaşlar üçün əlavə olaraq:

- Azərbaycan Respublikasının vətəndaşlığına mən-subiyyətinin olması barədə Dövlət Miqrasiya Xidmətindən arayış.

- Ərizə;

- Şəxsiyyəti təsdiq edən sənədin surəti;

- Köçürülmə səbəblərini təsdiq edən sənədlər (səhhəti ilə bağlı arayışlar, ailə qurması haqqında şəhadətnamə və s.);

- Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi imtahanlarda iştirak etdiyi halda topladığı bal və həmin ildə köçürülmək istədiyi təhsil müəssisəsində müvafiq istiqamət üzrə minimal keçid balı barədə təhsil alan müəssəsindən arayış;

- Akademik arayış (akademik transkript) - tələbənin təhsil müddətində keçdiyi fənlər üzrə topladığı kreditləri (saatları) və qiymətləri (rəqəm və (və ya) hərflərlə) özündə əks etdirən (xaricdə təhsil alanlar üçün mövcud qaydada leqallaşdırılmış və Azərbaycan dilinə tərcümə olunmuş) sənəd;

- Təhsil haqqı borcunun olmaması.

Xaricdən köçürülənlər üçün əlavə olaraq:

- Xaricdə təhsil aldığı müddətdə gediş-gəlişi təsdiq edən rəsmi sənədlər;

Əcnəbi vətəndaşlar üçün əlavə olaraq:

- Azərbaycan Respublikasının vətəndaşlığına mən-subiyyətinin olması barədə Dövlət Miqrasiya Xidmətindən arayış.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.