Texniki səbəblərə görə təxirə salınmış sertifikasiya imtahanlarının keçirilməsi bərpa edilir
Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin 26 dekabr 2022-ci il tarixindən texniki səbəblərdən təxirə salınmış sertifikasiya imtahanlarının 11 yanvar 2023-cü il tarixindən etibarən keçirilməsi bərpa edilir.
Həmin tarixlərdə imtahanı təxirə salınmış şəxslərə yeni imtahan tarixləri və yenilənmiş imtahan buraxılış vərəqələri cari ilin yanvar ayının 9-da təkrar göndəriləcək.
11 yanvar 2023-cü il tarixində keçiriləcək sertifikasiya imtahanında iştirakı nəzərdə tutulan şəxslər imtahan buraxılış vərəqəsində qeyd olunmuş ünvan və saatda sertifikasiya imtahanında iştirak üçün dəvət olunurlar.