2022/2023-cü tədris ili üçün rezidenturaya qəbul olunanların N Ə Z Ə R İ N Ə!

2022/2023-cü tədris ili üçün Azərbaycan Tibb Universitetinin, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Baki filialının rezidenturasına qəbul olmuş şəxslər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə mülki-hüquq müqaviləsi bağlamalı və qeydiyyatdan keçməlidirlər.

Rezidenturaya qəbul olmuş şəxslərin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcəkdir.

Rezidenturaya qəbul olmuş şəxslər portal.edu.az platformasında qeydiyatdan keçdikdən sonra 09.09.2022-ci il tarixindən 14.09.2022-ci il tarixinədək Dövlət İmtahan Mərkəzinin elektron xidməti çərçivəsində yaradılmış “Şəxsi kabinet”inin istifadəçi adını, namizədin elektron ərizəsinin iş nömrəsini və siyahıda göstərilən sənədlərin əslini və surətini qeyd olunan tarixdə və ünvanda şəxsən təqdim etməlidirlər:

  • Azərbaycan Respublikasının vətəndaşları – şəxsiyyət vəsiqələrini, əcnəbilər – pasportlarını və (və ya) icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər – yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün onlara verilən sənədləri və ya icazə vəsiqələrini;
  • əsas (baza ali) tibb təhsili haqqında sənədi: cari ilin məzunları – təhsil müəssisəsi tərəfindən verilən arayışı, əvvəlki illərin məzunları – diplomu;
  • xarici ölkələrdə ali təhsil almış şəxslər - Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilən ixtisasın tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənədləri;
  • xarici ölkələrdə ali ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçmiş Azərbaycan Respublikasının vətəndaşları olan həkimlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilən “Tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə şəhadətnamə”ni.

Tarix və ünvan:

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Baki filialının rezidenturasına qəbul olmuş şəxslər 09 sentyabr saat 10:00-13:00 (Ünvan: Bakı ş., Hüseyn Cavid Prospekti 139)

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rezidenturasına qəbul olmuş şəxslər 12 sentyabr saat 10:00-15:00 Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rezidentura şöbəsi (Ünvan: Bakı ş., Müzəffər Həsənov 35)

Azərbaycan Tibb Universitetinin rezidenturasına qəbul olmuş şəxslər 13,14 sentyabr saat 10:00-15:00 (aşağıdakı cədvəl üzrə) Azərbaycan Tibb Universitetinin rezidentura şöbəsi (Ünvan: Bakı ş.,Ənvər Qasımzadə k.,14)

Tarix və saat

İxtisasların adı

13 sentyabr

saat

10:00-13:00

Anesteziologiya-reanimatologiya

Ümumi cərrahiyyə

Neyrocərrahiyyə

Plastik cərrahiyyə

Ürək-damar cərrahiyyəsi

Uşaq cərrahiyyəsi

Otorinolarinqologiya

Travmatologiya-ortopediya

Onkologiya

Urologiya

Oftalmologiya

Şüa terapiyası

saat

13.00-15:00

Şüa diaqnostikası

Üz-çənə cərrahiyyəsi

Sosial gigiyena və səhiyyənin təşkili

Gigiyena

Tibbi mikrobiologiya

Laboratoriya işi

Tibbi genetika

14 sentyabr

saat

10:00-13:00

Mamalıq-ginekologiya

Psixiatriya

Nevrologiya

Daxili xəstəliklər

Kardiologiya

Nefrologiya

Qastroenterologiya

Hematologiya

Dermatovenerologiya

Allerqologiya və immunologiya

Yoluxucu xəstəliklər

Uşaq və yeniyetmə psixiatriyası

Uşaq endokrinologiyası

Uşaq nefrologiyası

Uşaq nevrologiyası

Uşaq qastroenterologiyası

Uşaq yoluxucu xəstəlikləri

Uşaq ürək-damar cərrahiyyəsi

saat

13.00-15:00

Revmatologiya

Endokrinologiya

Narkologiya

Fizioterapiya və tibbi bərpa

Ftiziatriya

Patoloji anatomiya, məhkəmə-tibbi ekspertiza

Pediatriya

Epidemiologiya

Ailə təbabəti

Nüvə təbabəti

Endodontiya

Parodontologiya

Restorativ stomatologiya

Ortopedik stomatologiya

Uşaq stomatologiyası

Ortodontiya

Uşaq urologiyası

Uşaq kardiologiyası

Neonatologiya

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.