Azərbaycan Respublikasının Rəsmi Dövlət Platforması

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə ehtiyat tədbiri kimi URL çubuğunda kilid və ya https:// mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi, təhlükəsiz saytlarda paylaşın.

SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sağlamlıq mərkəzləri ilə tanışlıq olub

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Buzovna” fizioterapiya, “Bilgəh” kardioloji və “Abşeron” mədə-bağırsaq təyinatlı sağlamlıq mərkəzinə baxış keçirilib.

Səhiyyə naziri Teymur Musayevin də iştirak etdiyi tədbirdə məlumat verilib ki, Konfederasiya tərəfindən sağlamlıq və istirahət mərkəzlərində müasir və rahat şərait yaradılır. “Buzovna”, “Bilgəh” və “Abşeron” sağlamlıq mərkəzlərində də şərait yaxşılaşdırılıb, ən müasir tibbi avadanlıqlarla təchiz edilib.

Mərkəzlərdə tibbi laboratoriyalar, müalicə və istirahət sahələri, tibbi xidmətlərin təşkili, istifadə edilən müasir avadanlıqlar və reabilitasiya prosedurları ilə tanışlıq olub. Vurğulanıb ki, mərkəzlərdə müalicə və reabilitasiya üçün müasir tibbi texnologiyalar tətbiq edilir.

Qeyd edilib ki, yollayışların verilməsi e-ahik elektron rezervasiya sistemi vasitəsilə həyata keçirilir. Sistem insan təması olmadan, sürətli və şəffaf şəkildə müraciət və qeydiyyat imkanı yaradır ki, bu da xidmətlərin əlçatanlığını və vətəndaş məmnuniyyətini əhəmiyyətli dərəcədə artırır.

Səhiyyə naziri Teymur Musayev Konfederasiyanın sağlamlıq mərkəzlərində yaradılmış şəraiti, müasir tibbi avadanlıqlarla təchizatı, tibbi heyətin peşəkarlığını və göstərilən xidmətlərin keyfiyyətini yüksək dəyərləndirib. Nazir həmçinin, kadr hazırlığı və birgə layihələrin icrası istiqamətində Konfederasiya ilə əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.

Son yenilənmə tarixi : 2025-10-03 14:23
Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.