Azərbaycanda ilkin səhiyyə xidmətinin gücləndirilməsi üzrə təşəbbüslərin növbəti illərdə də dəstəklənməsinə həsr olunmuş tədbir keçirilib

Avropa İttifaqının (Aİ) maliyyə dəstəyilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və UNICEF-in birgə həyata keçirəcəyi ilkin səhiyyə xidmətinin (İSX) gücləndirilməsi layihəsinin yerli səhiyyə tərəfdaşları ilə müzakirəsi keçirilib. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və digər səhiyyə qurumları, o cümlədən BMT-nin Azərbaycandakı nümayəndəliyi və Heydər Əliyev Fondunun təmsilçilərinin qatıldığı tədbir Azərbaycanda İSX-nin gücləndirilməsi üzrə təşəbbüslərin növbəti illərdə də dəstəklənməsinə həsr olunub.

Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin mart ayından etibarən yerli səhiyyə qurumları, Şamaxı Rayon İcra Hakimiyyəti, UNICEF, BMT-nin Əhali Fondu və Heydər Əliyev Fondu ilə birgə Şamaxı rayonunda İlkin Səhiyyə Xidmətlərini (İSX) gücləndirmək məqsədilə nümayiş layihəsini həyata keçirir. Şamaxıda əldə edilmiş əhəmiyyətli nailiyyətlərə əsaslanaraq Azərbaycanda İSX-nin gücləndirilməsi üzrə səyləri birləşdirmək üçün sözügedən layihənin həyata keçirilməsi planlaşdırılır.

9 milyon avro dəyərində olan layihənin məqsədi dayanıqlı İSX sistemi üçün səhiyyə siyasəti və idarəçiliyini gücləndirmək, ilkin səhiyyə xidmətində çalışan tibb işçilərinin bilik və bacarıqlarını inkişaf etdirmək üçün institusional imkanları genişləndirmək və seçilmiş rayonlarda prioritet ehtiyaclar üzrə ilkin səhiyyə xidmətlərini təkmilləşdirməkdir.

Güclü ilkin səhiyyə xidməti insanların həyatını xilas edir və səhiyyə sistemlərinin hər kəs üçün daha yaxşı fəaliyyət göstərməsini təmin edir. ÜST və UNICEF yerli tərəfdaşlarla sıx əməkdaşlıqda səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və əhatə dairəsinin genişləndirilməsi, həmçinin ilkin səhiyyə xidmətlərinin gücləndirilməsində Azərbaycana dəstək verən bir sıra layihələr həyata keçirməkdədir. Sözügedən layihə Avropa Ittifaqı, ÜST və UNICEF-in Azərbaycana davamlı dəstəyinin tərkib hissəsi olacaq.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.