Azərbaycan Respublikasının Rəsmi Dövlət Platforması

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə ehtiyat tədbiri kimi URL çubuğunda kilid  və ya https:// mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi, təhlükəsiz saytlarda paylaşın.

SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Azərbaycanın səhiyyə naziri ÜST-nin Avropa Regional Bürosunun videokonfransında çıxış edib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosu 2025-2030-cu illəri əhatə edən ikinci beşillik Avropa İş Proqramı (EPW2, The European Programme of Work 2) üçün hazırlıqlara başlayıb. Bu prosesin bir hissəsi olaraq ÜST-nin Avropa Regional Bürosu 2030-cu ilə qədər Avropa Regionu üçün vahid səhiyyə gündəliyi üzrə fikir mübadiləsi, prioritetləri və tövsiyələri müzakirə etmək məqsədilə üzv dövlətlər, vətəndaş cəmiyyəti və digər tərəfdaşlar üçün genişmiqyaslı virtual ictimai dinləmələr təşkil edir. Belə ki, bu gün onlayn formatda “Gələcəyin səhiyyə sistemləri: səhiyyədə texnologiyaların və innovasiyaların istifadəsi – hər yerdə və hər kəsin maraqlarına uyğun” mövzusunda videokonfrans keçirilib. Beynəlxalq konfransda ölkəmizi səhiyyə naziri Teymur Musayev təmsil edib.

Videokonfransda açılış nitqi ilə çıxış edən ÜST-nin Avropa üzrə regional direktoru Hans Henri Klüge qeyd edib ki, yeni texnologiyalar, o cümlədən rəqəmsal alətlər səhiyyə sektorunu transformasiya etdirir. Onun sözlərinə görə, süni intellekt, dəqiq tibb, şəxsi və demoqrafik məlumatlardan daha yaxşı istifadə xəstəliklərin qarşısının alınması, diaqnostikası və müalicəsinə kömək edir. Bu da nəticədə insanların sağlamlığının və rifahının yaxşılaşmasına gətirib çıxarır. Bununla belə, texnoloji tərəqqi qayğıkeş insan münasibətlərini əvəz edə bilməz.

Azərbaycanın səhiyyə naziri çıxışında qlobal səhiyyənin son onillikdə, xüsusən də son iki-üç il ərzində sürətli texnoloji tərəqqi yaşadığını qeyd edib: “Səhiyyə sistemlərinin gələcəyi daha proqnozlaşdırıcı, fərdiləşdirilmiş və interaktiv olacağı ehtimalı çox yüksəkdir. Səhiyyə sənayesi texnoloji tərəqqi, məlumatlara əsaslanan qərarların qəbulu və fərdiləşdirilmiş tibbə doğru addımların birləşməsi ilə formalaşacaq. Hazırda da süni intellekt (AI), məlumatlar bazası və rəqəmsal həllər səhiyyə xidmətlərinin təkmilləşdirilməsində həlledici rol oynayır”.


Nazirin sözlərinə görə, süni intellekt səhiyyənin effektivliyini bir neçə yolla artıra bilər: “Planlaşdırma və sənədləşdirmə kimi təkrarlanan tapşırıqların avtomatlaşdırılması tibb işçilərinə diqqətini xəstələrin qayğısına fokuslanmasına imkan verir. Eyni zamanda, rəqəmsal alətlər klinik qərarlar üçün dəstəyi təkmilləşdirir. Süni intellektə əsaslanan diaqnostika xəstəliklərin erkən və daha dəqiq aşkarlanmasına kömək edərək qərar qəbulunu sürətləndirir. Məlumlar bazasının təhlili ictimai səhiyyə tendensiyalarının müəyyən etməsinə kömək, habelə hədəflənmiş səhiyyə strategiyalarının hazırlanmasına imkanlar yaradır. Bununla belə, biz Aİ-ni səhiyyəyə inteqrasiya etdikcə, müvafiq qaydalar və etik prinsiplər vasitəsilə süni intellektə əsaslanan həllərin ədalətli və qərəzsiz istifadə olunmasını təmin etməliyik”.


“Səhiyyə sistemlərinin gələcəyinin digər əsas aspekti davamlılıqdır. Ətraf mühitə təsirləri minimuma endirmək, enerji istehlakını azaltmaq və davamlılığı təşviq etmək üçün biz yaşıl xəstəxanaların sayını artırmalı, enerjiyə qənaət edən səhiyyə müəssisələrinə və davamlı səhiyyə tullantılarının idarə edilməsinə sərmayə qoymalıyıq.
Rəqəmsal alətlər çox böyük faydalar təqdim etsə belə, onlar insanların qarşılıqlı əlaqəsini əvəz etməməlidir. Bu texnologiyalar tibb işçilərinə birbaşa xəstələrə qulluq üçün daha çox vaxt sərf etməyə imkan verən dəstəkləyici vasitələr rolunu oynamalıdır. Səhiyyə sistemləri süni intellekt və rəqəmsal həllərdən istifadə etməklə işçi qüvvəsi çatışmazlığını aradan qaldıra, tibbi xidmətin keyfiyyətini yaxşılaşdıra və daha davamlı və səmərəli gələcək yarada bilər”, - deyə Azərbaycanın səhiyyə naziri fikrini tamamlayıb.


İclas zamanı ÜST-nin Avropa Regional Bürosuna üzv dövlətlərin, tərəfdaşların və vətəndaş cəmiyyətinin nümayəndələri səhiyyə sistemlərinin fəaliyyətini yaxşılaşdırmaq üçün sürətli texnoloji irəliləyişlərin potensialını, səhiyyə sistemlərinin texnoloji nailiyyətlərdən daha yaxşı istifadə etməsini təmin etmək üçün lazım olan əsas siyasət dəyişikliklərini; “rəqəmsal təcridlə” mübarizədə vətəndaşların və icmaların rolu kimi mövzuları müzakirə ediblər.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.