Azərbaycan Respublikasının Rəsmi Dövlət Platforması

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə ehtiyat tədbiri kimi URL çubuğunda kilid və ya https:// mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi, təhlükəsiz saytlarda paylaşın.

SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Biz uşaqları yalnız müalicə etmirik, onları sağlam həyat tərzinə qaytarırıq

Yay mövsümü uşaqların sağlamlığının möhkəmləndirilməsi, immun sisteminin gücləndirilməsi və xroniki xəstəliklərin profilaktikası üçün ən əlverişli dövrlərdən biridir. Bu baxımdan sanator-kurort müalicəsi həm tibbi reabilitasiya, həm də uşaqların fiziki və psixoloji inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 3 Saylı Uşaq Somatik Sanatoriyası uzun illərdir müxtəlif somatik xəstəliklərdən əziyyət çəkən uşaqlara ixtisaslaşmış tibbi yardım göstərir. Pirallahı adasının əlverişli iqlim şəraiti, dəniz havası, peşəkar tibbi heyəti və müasir müalicə imkanları sayəsində burada uşaqların sağlamlığının bərpası üçün hərtərəfli şərait yaradılıb.
Sanatoriyanın fəaliyyəti, qəbul qaydaları, müalicə imkanları və onu fərqləndirən xüsusiyyətlər barədə Səhiyyə Nazirliyi 3 Saylı Uşaq Somatik Sanatoriyasının pediatrı Samirə Hüseynova suallarımızı cavablandırır.

– İlk növbədə məlumat verərdiniz, Səhiyyə Nazirliyi 3 Saylı Uşaq Somatik Sanatoriyası hansı istiqamətdə fəaliyyət göstərir?

– 3 Saylı Uşaq Somatik Sanatoriyası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən ixtisaslaşmış müalicə-reabilitasiya müəssisəsidir. Bizim əsas məqsədimiz müxtəlif somatik xəstəliklərdən əziyyət çəkən uşaqların sağlamlığını bərpa etmək, onların fiziki inkişafını dəstəkləmək və xəstəliklərin gələcəkdə ağırlaşmasının qarşısını almaqdır.
Sanatoriyada uşaqlar yalnız tibbi prosedurlar almırlar. Burada onlar sağlam həyat tərzi vərdişləri qazanır, kollektiv mühitdə ünsiyyət qurur, müxtəlif sosial və yaradıcı fəaliyyətlərə qoşulur, həmçinin istirahət edərək psixoloji cəhətdən də bərpa olunurlar. Bu səbəbdən sanatoriya klassik xəstəxana mühitindən fərqlənir və uşaqlar üçün daha rahat atmosfer yaradır.


– Sanatoriyaya hansı yaş qrupundan olan uşaqlar qəbul edilir?

– Sanatoriyaya 6-16 yaş arasında olan uşaqlar qəbul edilir. Bu yaş dövrü uşağın həm fiziki, həm də psixoloji inkişafı baxımından çox vacib mərhələdir. Məhz buna görə müalicə proqramlarımız da yaş xüsusiyyətləri nəzərə alınaraq hazırlanır.
İlk növbədə hər bir uşaq həkim tərəfindən ətraflı müayinə olunur. Daha sonra onun diaqnozu, ümumi sağlamlıq vəziyyəti və ehtiyacları qiymətləndirilərək fərdi müalicə planı tərtib edilir. Biz standart yanaşmadan deyil, fərdi yanaşmadan istifadə edirik.


– Ən çox hansı xəstəliklərlə bağlı müraciətlər olur?

– Əsasən yuxarı tənəffüs yollarının xroniki xəstəlikləri, allergik bronxit, neyrosirkulyator distoniya, qamət pozğunluqları, skolioz, kifoz və yastıpəncəlik diaqnozu olan uşaqlar sanatoriyamızda müalicə alırlar.
Bu xəstəliklərin əksəriyyətində düzgün fizioterapiya, müalicəvi bədən tərbiyəsi və sağlam iqlim şəraiti çox mühüm rol oynayır. Ona görə də, sanator şəraiti həmin uşaqlar üçün olduqca faydalıdır.


– Sanatoriyanızı fərqləndirən əsas xüsusiyyətlər hansılardır?

– Ən böyük üstünlüyümüz yerləşdiyimiz məkandır. Pirallahı adasının təmiz, yodla zəngin dəniz havası uşaqların tənəffüs sistemi üçün olduqca əlverişlidir. Dəniz iqlimi orqanizmin müdafiə sistemini gücləndirir, immunitetin möhkəmlənməsinə kömək edir və bərpa prosesini sürətləndirir.
Digər üstünlüyümüz isə müasir fizioterapiya bazamızdır. Sanatoriyada inhalyasiya, müxtəlif fizioterapiya prosedurları, masaj, müalicəvi bədən tərbiyəsi və digər reabilitasiya tədbirləri həyata keçirilir. Bütün prosedurlar təcrübəli həkim və tibb bacılarının nəzarəti altında aparılır.


– Sanatoriyada hovuzun olması da uşaqlar üçün əlavə üstünlük hesab olunur...

– Əlbəttə. Üzgüçülük uşaqların ən çox sevdiyi məşğuliyyətlərdən biridir. Bununla yanaşı, onun sağlamlığa çox böyük faydası var. Su prosedurları əzələləri gücləndirir, qamət pozğunluqlarının korreksiyasına kömək edir, tənəffüs sistemini inkişaf etdirir və uşaqların fiziki aktivliyini artırır.
Yay aylarında hovuz uşaqların asudə vaxtının səmərəli təşkilinə də xidmət edir. Beləliklə, onlar həm müalicə alır, həm də maraqlı vaxt keçirirlər.


– Müalicə ilə yanaşı, uşaqların qidalanmasına da xüsusi diqqət yetirilir?

– Bəli. Biz hesab edirik ki, düzgün qidalanma uğurlu müalicənin əsas şərtlərindən biridir. Sanatoriyada pəhriz tibb bacısı tərəfindən hazırlanmış balanslaşdırılmış menyu tətbiq olunur. Menyu uşaqların yaşına, enerji tələbatına və sağlamlıq vəziyyətinə uyğun tərtib edilir.
Gündəlik qida rasionunda zülal, vitamin və mineral maddələrlə zəngin məhsullara üstünlük verilir. Məqsəd uşaqların həm sağlam qidalanmasını təmin etmək, həm də orqanizmin bərpasını sürətləndirməkdir.


– Sonda valideynlərə nə demək istərdiniz?

– Hər bir valideyn övladının sağlam və xoşbəxt böyüməsini istəyir. Biz də məhz bu məqsədlə fəaliyyət göstəririk. Sanatoriyamızda uşaqlar peşəkar tibbi heyətin nəzarəti altında müalicə alır, sağlam qidalanır, təhlükəsiz və rahat şəraitdə istirahət edir, eyni zamanda fiziki və sosial inkişaflarını davam etdirirlər.
Bizim üçün hər bir uşağın sağlam şəkildə ailəsinə qayıtması ən böyük uğurdur. Valideynləri əmin etmək istəyirik ki, 3 Saylı Uşaq Somatik Sanatoriyasında onların övladları etibarlı əllərdədir. Burada göstərilən tibbi xidmətlər, yaradılan şərait və uşaqlara göstərilən qayğı onların sağlam gələcəyinə xidmət edir.

Son yenilənmə tarixi : 2026-08-07 11:21
Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.