Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Səhiyyə” işçi qrupunun növbəti iclası keçiriləcək

Dekabrın 20-si saat 10:00-da Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Səhiyyə” işçi qrupunun video-konfrans formatında növbəti iclasının keçirilməsi nəzərdə tutulub.

İclasda işçi qrupunun, əvvəlki iclasın Protokolunda qərara alınmış tədbirlərin icra vəziyyəti barədə məlumat veriləcək, eyni zamanda Sağlam qidalanma və sağlam həyat tərzi sahəsində aparılmış islahatlar, Azərbaycanda yol infrastrukturunun yaxşılaşdırılması sahəsində görülən işlər, reabilitasiya infrastrukturu DALY indeksi və Covid-19-la bağlı statistikaya təsiri və Azərbaycanda bu sahədə aparılmış sorğu və tədqiqatlar və bu göstəricilərin daha da yaxşılaşdırılması istiqamətində müzakirələr aparılacaqdır.

İclasda Səhiyyə Nazirliyi, İcbari Sığorta üzrə Dövlət Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, Dövlət Statistika komitəsi, Azərbaycan Respublikası Dövlət Statistka Komitəsinin Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi, və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Səhiyyə” işçi qrupunun aidiyyatı nümayəndələri ilə yanaşı olaraq, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi, Bakı Nəqliyyat Agentliyinin nümayəndələrinin iştirakı nəzərdə tutulur. İclasda iştirakla bağlı daha ətraflı məlumatı aşağıdakı linkə keçid etməklə əldə etmək olar.

https://azranking.az

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Şrift ölçüsü

Rəng sxemi

Şəkillər

Hərflər arası interval

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.