Farmasevtika sahəsində Azərbaycan-Argentina əməkdaşlığının gücləndirilməsinin yeni perspektivləri müzakirə olunub

Səhiyyə Nazirliyində Argentinanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Marianxeles Belluşi ilə görüş keçirilib. Görüş tanışlıq xarakteri daşıyıb.

Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev xanım Marianxeles Belluşini Argentinanın ölkəmizdəki səfiri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib. Nazir iki ölkə arasında həyata keçirilən yüksək səviyyəli rəsmilərin qarşılıqlı səfərlərinin münasibətlərin inkişaf etdirilməsi baxımından önəmini vurğulayıb.

Bir çox sahələrdə ikitərəfli əlaqələrin inkişaf etdiyini qeyd edən Teymur Musayev milli səhiyyə müəssisələri arasında təcrübə mübadiləsi üçün böyük potensialın olduğunu vurğulayıb. Onun sözlərinə görə, səhiyyə siyasəti və ictimai səhiyyə sahəsində Azərbaycan-Argentina əlaqələri beynəlxalq müstəvidə - Ümumdünya Səhiyyə Təşkilatı, Qoşulmama Hərəkatı səhiyyə nazirlərinin əməkdaşlığı çərçivəsində aparılır. Belə ki, koronavirusla mübarizəyə dəstəyin verilməsi məqsədilə Azərbaycanın Qoşulmama Hərəkatına sədirliyi çərçivəsində 2021-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə Argentinaya 300 min ABŞ dolları məbləğində yardım göstərilib.

Nazir səhiyyə sisteminin rəqəmsallaşdırılmasını Azərbaycan Səhiyyə Nazirliyinin qarşısına qoyulan prioritet məsələlərdən biri olduğunu vurğuladı: “Rəqəmsal səhiyyə sahəsində Argentina modeli Cənubi Amerikada liderdir. Bu sahədə Argentina təcrübəsi öyrənilməsi bizim üçün faydalı ola bilər”.

Son illər ölkələrimiz arasında əczaçılıq sənayesində uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayan nazir Argentinanın 43 dərman vasitəsinin Azərbaycanda dövlət qeydiyyatından keçdiyini bildirdi. Teymur Musayev ölkələrimiz arasında əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Öz növbəsində xanım Marianxeles Belluşi Argentinanın Azərbaycanla münasibətlərin inkişaf etdirilməsinə xüsusi diqqət yetirdiyini qeyd edib. Onun sözlərinə görə, dost ölkələrin səhiyyəsinin səmərəliliyini artırmaq məqsədilə tibb təhsili sahəsində qarşılıqlı fəaliyyət üçün bütün zəruri vasitələr mövcuddur.

Konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçən söhbət zamanı səhiyyə və tibb elmi sahəsində Azərbaycan-Argentina əməkdaşlığının mövcud vəziyyəti və potensial inkişaf imkanları, həmçinin dərman və digər əczaçılıq məhsulları sahəsində ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.