Azərbaycan Respublikasının Rəsmi Dövlət Platforması

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə ehtiyat tədbiri kimi URL çubuğunda kilid və ya https:// mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi, təhlükəsiz saytlarda paylaşın.

SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

“Həkimlik qəhrəmanlıqdır” – Səhiyyə nazirindən Tibb Universitetinin məzunlarına çağırış

İyunun 30-da Azərbaycan Tibb Universitetində (ATU) ənənəvi “Məzun Günü” qeyd olunub. Tədbirdə tanınmış ictimai-siyasi xadimlər, səhiyyə işçiləri, universitet rəhbərliyi və digər rəsmi qonaqlar iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Səhiyyə naziri Teymur Musayev açılış nitqində məzunları təbrik edərək bu günün onların həyatında unudulmaz bir tarix kimi qalacağını bildirib.

Nazir çıxışında ölkədə səhiyyənin inkişafı, tibb təhsilinin gücləndirilməsi istiqamətində atılan addımlardan söz açıb. O vurğulayıb ki, əhalinin sağlamlığının qorunması Azərbaycan dövlət siyasətinin prioritet istiqamətlərindəndir:
“Ulu Öndər Heydər Əliyev səhiyyə sisteminin formalaşması və inkişafı üçün mühüm qərarlar verib. ATU-nun yeni tədris korpusunun inşası və ilk tədris klinikasının yaradılması da məhz onun adı ilə bağlıdır. Görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın tibbi elm və təhsilə verdiyi töhfələr bu sahədə mənəvi örnəkdir.”

Nazir qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkədə səhiyyə infrastrukturunun modernləşdirilməsi və tibbi xidmətlərin keyfiyyətinin artırılması sahəsində ciddi nailiyyətlər əldə olunub. Birinci vitse-prezident Mehriban Əliyevanın tibb işçilərinə göstərdiyi xüsusi diqqət və qayğı isə bu sahəyə verilən dəyərin təzahürüdür.

Sonda Teymur Musayev məzunlara müraciət edərək bildirib:
“Həkimlər gündəlik həyatın qəhrəmanlarıdır. Öz biliklərinizə arxayın olun, cəsarətli və məsuliyyətli həkimlər kimi fəaliyyət göstərin. Bu çətin, lakin şərəfli yolda sizə uğurlar arzulayıram. Bir həmkar kimi aramıza xoş gəldiniz!”

ATU-nun rektoru, professor Gəray Gəraybəyli də çıxış edərək məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb və onlara universitet adını daim uca tutmağı tövsiyə edib.

Tədbir zamanı 2024–2025-ci tədris ilində məzun olan tələbələrin statistikası açıqlanıb. Bildirilib ki, bu il 1235 tələbə ATU-dan məzun olub. Onlardan 853 nəfəri Azərbaycan vətəndaşı, 382 nəfəri isə əcnəbidir. Məzunlar aşağıdakı ixtisaslar üzrə təhsil alıblar:

  • I Müalicə-profilaktika fakültəsi – 356 nəfər
  • II Müalicə-profilaktika fakültəsi – 310 nəfər
  • “Tibbi profilaktika” – 40 nəfər
  • “İctimai səhiyyə” – 61 nəfər
  • “Fizioterapiya və tibbi reabilitasiya” – 34 nəfər
  • “Tibb bacısı işi” – 32 nəfər
  • “Stomatologiya” – 250 nəfər
  • “Əczaçılıq” – 95 nəfər
  • “Hərbi həkim” – 48 nəfər
  • “Hərbi feldşer” – 45 nəfər
  • İlk dəfə məzun verən “Hərbi stomatologiya” ixtisası – 9 nəfər

Hazırda ATU-da Azərbaycanın milli kadrları ilə yanaşı, Türkiyə, Pakistan, Qazaxıstan, Gürcüstan və digər 45 ölkədən çoxsaylı tələbələr təhsil alır.

Tədbirdə çıxış edən professor-müəllim heyəti və valideynlər gənc həkimləri təbrik edərək onların bu şərəfli adı ləyaqətlə daşıyacaqlarına əminliklərini ifadə ediblər.

Məzunlar ənənəyə uyğun olaraq Hippokrat andı içərək əhalinin sağlamlığının keşiyində duracaqlarına söz veriblər. Fərqlənmə diplomları Səhiyyə naziri Teymur Musayev və rektor Gəray Gəraybəylinin təqdimatında sahiblərinə təqdim olunub.

Tədbir sənət adamlarının iştirakı ilə təşkil olunmuş konsert proqramı ilə başa çatıb. Tələbələr də səhnədə çıxış edərək tanınmış ifaçılarla birgə bayram ovqatını bölüşüblər. Universitetin hərbi fakültəsinin tələbələrinin vətənpərvərlik ruhunda ifaları tədbirə xüsusi rəng qatıb.

Son yenilənmə tarixi : 2025-06-30 19:04
Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.