Azərbaycan Respublikasının Rəsmi Dövlət Platforması

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə ehtiyat tədbiri kimi URL çubuğunda kilid və ya https:// mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi, təhlükəsiz saytlarda paylaşın.

SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Heydər Əliyev Fondu Vatikanın “Bambino Gesu” xəstəxanası ilə anlaşma Memorandumu imzalayıb

Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Müqəddəs Taxt-Tacın “Bambino Gesu” pediatrik xəstəxanası arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

İmzalanma Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovun Müqəddəs Taxt-Taca səfəri çərçivəsində baş tutub. Sənədi Prezidentin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və “Bambino Gesu” xəstəxanasının rəhbəri Tiziano Onesti imzalayıblar.

Anlaşma memorandumu çərçivəsində Avropanın ən böyük pediatrik tibb müəssisəsi ilə təlim-tədris proqramlarının həyata keçirilməsi, molekulyar genetika və fərdi tibbi yanaşma sahəsində birgə tədqiqatların aparılması, eləcə də Azərbaycanda müalicəsi mümkün olmayan mürəkkəb klinik halların “Bambino Gesu” ilə birgə diaqnostikası və müalicəsi nəzərdə tutulur. Əməkdaşlığın əsas istiqamətlərini Azərbaycanda pediatriya sahəsində çalışan tibb işçilərinin peşəkar bilik və bacarıqlarının artırılması, molekulyar genetika, klinik diaqnostika və nadir xəstəliklər sahəsində birgə elmi və klinik fəaliyyətlərin təşkili, habelə genom diaqnostikası və fərdi tibbi yanaşmaların ölkəmizdə tətbiqinin genişləndirilməsi təşkil edir.

1869-cu ildə əsası qoyulan “Bambino Gesu” xəstəxanası hazırda uşaq xəstəlikləri üzrə Avropanın ən böyük xəstəxanası və tədqiqat mərkəzi, eyni zamanda, bütün növ uşaq orqan, hüceyrə və toxuma transplantasiyasını yerinə yetirmək üçün səlahiyyətli Avropa mərkəzlərindən biridir. Xəstəxana, həmçinin 40-dan çox ölkənin iştirak etdiyi nadir xəstəliklər üçün ən böyük qlobal məlumat bazası olan “Orphanet”in İtaliyadakı qərargahıdır.

Son yenilənmə tarixi : 2025-09-10 15:59
Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.